Mənim tanrım gözəllikdir sevgidir…
Hüseyn Cavid


Kitaba Azərbaycan ədəbiyyatının söz və fikir zadəganı, yazıçı və dramaturq, Azərbaycan Şekspiri, gözəllik və sevgi şairi Hüseyn Cavidin (tam adı Hüseyn Abdulla oğlu Rasizadə : 1882–1941) “Peyğəmbər”, “Topal Teymur”, “İblis”, “Şeyx Sənan”, “Knyaz”, “Səyavuş” dramları və şeirləri daxil edilmişdir.






Hüseyn Cavid



MƏNİM TANRIM 

GÖZƏLLİKDİR, 

SEVGİDİR… 



Bakı · 2016



1



Hüseyn Cavid

Mənim tanrım gözəllikdir, sevgidir… 



Kitab Klubu, 2016, 656 səh.



Kitaba Azərbaycan ədəbiyyatının söz və fikir zadəganı, yazıçı və dramaturq, Azərbaycan Şekspiri, gözəllik və sevgi şairi Hüseyn Cavidin (tam adı Hüseyn Abdulla oğlu Rasizadə : 1882–

1941) “Peyğəmbər”, “Topal Teymur”, “İblis”, “Şeyx Sənan”,

“Knyaz”, “Səyavuş” dramları və şeirləri daxil edilmişdir.



ISBN 978-9952-8260-2-9



© Kitab Klubu, 2016



Kitabı bu nömrələrə zəng etməklə əldə edə bilərsiniz 



 www.kitabklubu.org (012) 4898469, (050) 4049113 

 Zəka Kitab Evi (012) 5990154, (050) 5190454 



2



PEYĞƏMBƏR 



Dram – 4 pərdə



BİSƏT, DƏVƏT, HİCRƏT, NÜSRƏT



BİSƏT



Aydın və yıldızlı bir gecə. Məkkə yaqınlığında Hira dağı…

Ətrafında mağaralar, yalçın qayalar, sarı enişlər, qorqunc uçurumlar… Peyğəmbər əli alnında dərin düşüncələrə dalmış… O, qırq yaşında, gözəl, vəqarlı bir sima… Alnı, köksü, omuzlarının arası geniş; rəngi gül rənginə mail əsmərimsi və nurani… Saçları nə pək qıvırcıq, nə də pək düz; saqalı bir tutam, sıq və tam… Biləklər, qollar qalın və qüvvətli… Böyük başlı, hilal qaşlı, çəkmə burunlu, dəyirmi çöhrəli, orta boylu, iri kəmikli; kiprikləri uzun, iki qaşının arası açıq, fəqət bir-birinə yaqın. Gözləri qara və büyücək… İştə o dalğın və

müəmmalı gözlər, gecənin sükutunu oqşayan həzin və bayıltıcı bir ud zümzüməsini dinləyərək, uyuyor kibi, kəndindən keçmiş. Bu sırada pənbə, mavi, mənəkşə nurlar içində altın qanatlı, füsunkar bir mələk göydən enər və ilahi bir ahənglə Peyğəmbərə xitab etməyə başlar.



M ə l ə k



Ulu dahi, sən ey böyük rəhbər!

Qalq, oyan! İştə hər tərəf, hər yer,

Həp təbiət dalıb da röyayə,

Cəlb edər ruhu şeirü sevdayə,

Gecə, yıldızlarilə pürxülya,

Səni dinlər sükut içində fəza…



P e y ğ ə m b ə r



(başını qaldırır, heyrət və iztirab ilə) 



Yenə röyamı gördüyüm əcəba?

Sən nəsin, söylə?



3



M ə l ə k



Bənmi? Hiç sorma!

Əzəliyyət şəfəqlərində açan

Tazə bir qönçə, pənbə bir yıldız.

Əbədiyyət üfüqlərində uçan

Tanrı qoynunda bəslənən bir qız.

Şeirü hikmət, zəka ilahəsiyim,

Ulu dahilərin nədiməsiyim.

Ayrı olsaq da iştə hər ikimiz

Bir rübabın inildəyən səsiyiz.



P e y ğ ə m b ə r



Nə için gəldin, anlamam, yenə sən?



M ə l ə k



(göyə doğru) 



Ona qaldırmaq istərim səni bən.



P e y ğ ə m b ə r



Ah, sən daima gəlir də bana,

Sonra həp göstərirsin istiğna.

Bən kimim, söylə?! Sən nəsin? Göstər!



M ə l ə k



Bən mələk, sən də, sən də peyğəmbər.



P e y ğ ə m b ə r

(şaşqın, geri çəkilir) 



Ya! Demək sən mələkmisin? Heyrət!



M ə l ə k

4



Bən sənim, sən də bən, şaşırma, əvət

Bən sənin əqlinim, fəqət daim

Şu qiyafətlə zahir olmadayım.



P e y ğ ə m b ə r



Gəl, yaqın gəl, aman, nə dilbərsin!

Yoq, saqın, gəlmə, dur, nə söylərsin?

Yenə sarsıldı müztərib ruhum,

Dur, aman, sanki qəlbi-məcruhum

Şevqü həsrətlə rəqs edər, sızlar,

Onu bir qəhr xəndə yaldızlar.

Qopuyor ta içimdə bir tufan,

Beynim atəş saçıb durur hər an.

Yanıyor bənliyim, düşüncələrim,

Çarə bul, yoqsa məhv olub gedərim.



M ə l ə k



Ən gözəl çarə: iştə əzmü səbat,

Olma əsla əsiri-hissiyyat,

Bıraqıb əczi durmadan yüksəl,

Yüksəl, ey şanlı qəhrəman, yüksəl!

Ərşi-lahutə doğru aç şəhpər,

Daima yüksəl, ey böyük rəhbər!



P e y ğ ə m b ə r



Yoq, qanat yoq! Bən iştə bir aciz

Yolçuyum kimsəsiz, təsəllisiz.

Çevrəm ıssız mağaralar, yalçın

Qayalar, sarp enişlər, ah, azğın

Uçurumlar, alev saçan ovalar.

Ruhu qəsvətlə yıldıran havalar…

Bir çəmən yoq, aqar su yoq, heyhat!

Göz, qulaq burda duymaz eşqü həyat.



5



M ə l ə k



(göyə doğru) 



Baq, şu əngin fəza, şu quytu dəniz…

Nə qadar xoş, nasıl gözəl, ləkəsiz…

Uçuşur hər tərəfdə yıldızlar…

Rəqs edər sanki nazənin qızlar.

Həp birər şeir, sən də bir şair,

Hər tamaşası eşqə aiddir.



P e y ğ ə m b ə r



Ah, şu elmasparələr sərpən

Gecə pək möhtəşəm… fəqət onu bən

Seyrə daldıqca sanki məhv olurum,

Qəlbim oynar da, çırpınır ruhum.

Anlamam bir şu ölçüsüz, şu dərin,

Şu qaranlıq, çiçəkli pərdə niçin?

Bəni yalnız düşündürən şu məal,

Həp bu, yalnız bu, daima bu sual.

Şu siyah çarşaf ən böyük əngəl,

Uça bilsəydim, iştə ən əvvəl

Onu yırtar da, parçalar da həmən

Qavuşurdum o hüsni-mütləqə bən.



M ə l ə k



Onu dərk eyləmək qolay… Ancaq

Ver içindən gələn sədayə qulaq.

Dinlə həp kainatı, seyr eylə,

Hər günəş ondan iştə bir şölə…

Hər ufaq zərrə, hər küçük yapraq

Sana söylər bu rəmzi pək parlaq.



P e y ğ ə m b ə r



Bəncə dünyada ən sevimli dilək

6



Ona qoşmaq, onunla birləşmək…



M ə l ə k



O da mümkün, düşün də haq yolu tut,

Atalardan qalan nə varsa unut!

Yıq xurafatı, əski bütləri qır,

Kim yol azmışsa haqqa doğru çağır.

Mərdivənlər yapıb könüllərdən,

Parla, yüksəl vücudi-mütləqə sən!



P e y ğ ə m b ə r



Öylə bir əsr içindəyim ki cihan

Zülmü vəhşətlə qavrulub yanıyor.

Yüz çevirmiş də Tanrıdan insan,

Küfrü haq, cəhli mərifət sanıyor.

Dinləməz kimsə qəlbi, vicdanı,

Məhv edən haqlı, məhv olan haqsız…

Başçıdır xalqa bir yığın cani,

Həp münafiq, şərəfsiz, əxlaqsız.

Gülüyor nurə daima zülmət,

Gülüyor fəzlə qarşı fisqü fücur.

Ah, ədalət, hüquq və hürriyyət

Ayaq altında çignənib gediyor.



M ə l ə k



Əlverir səndə olsun əzmü səbat,

Şu qaranlıq mühiti, get, parlat!

Haqqı anlat da, olma hiç məyus.



P e y ğ ə m b ə r



Bəni bir kimsə dinləməz əfsus.



M ə l ə k



7



Tanrı fərmanıdır bu, get söylə!



(Göyə işarətlə) 



Söylə ancaq onun lisanilə.

P e y ğ ə m b ə r



Hanki möcüzlə? Bən ki, pək aciz

Bir qulum kimsəsiz, müdafiəsiz.



M ə l ə k



(altın qablı bir kitab verir) 



Haqqı təbliğ için sənin ancaq

Rəhbərin sənəti-kəlam olacaq.

Saçma, həp saçma başqa möcüzələr,

Şu kitab iştə ən böyük rəhbər:

Bəhs edər busədən, məhəbbətdən,

İncilər sərpər elmü hikmətdən.



Bu sırada bir iskelet gah qorqunc və boğuq, gah müstəhzi və soğuq qəhqəhələrlə, topraq rəngində bir ridayə bürünmüş olduğu halda Peyğəmbərin qarşısına çıqar.



İ s k e l e t



Nə qədər şairanə, tatlı xəyal,

Həp çocuqluq, əvət, xəyali-mühal!



(Ridasının altından sıyrılmış bir qılıc çıqarır) İnqilab istiyormusun, bana baq!

İştə kəskin qılıc, kitabı bıraq.

Parlayıb durmadıqca əldə silah,

Əzilirsin qanın olur da mübah.

Eyləməz yardım incə hikmətlər,

Həp sönər busələr, məhəbbətlər.

8



Əvət, ancaq qılıcdadır qüvvət!

Bundadır haq, şərəf və hürriyyət!



(Çəkilmək istər) 



P e y ğ ə m b ə r



Sən nəsin? Söylə!

İ s k e l e t



Bənmi? Piri-nədim,

Rəmzi-tarix, o feyləsofi-qədim.

Qucağım oldu hər dəhayə beşik

Səni bən etmək istərim təbrik.

Əvət, alnında parlayan yıldız

Bəni cəlb etdi, şimdi sən yalnız

Dinləyib dərsi-hikmət al bəndən.

Yoqsa könlündə yapdığın gülşən

Açmadan həp solub xərab olacaq,

Umduğun hər dəniz sərab olacaq…



Acı qəhqəhələrlə çəkilir. Peyğəmbər sarsılmış bir halda düşüncəyə

dalar.



M ə l ə k



(tatlı təbəssümlərlə) 



Yenə bilməm niçin-niçin daldın?

Nə düşündün, niçin şaşıb qaldın?

Sevgidən xoşmu səncə atəşi-kin?

Yoq, qılıc söz qadar deyil kəskin.

Tanrı keçmişdə həp qan istərkən,

Şimdi məmnun fəqət məhəbbətdən.



P e y ğ ə m b ə r



Bən məhəbbət əsiriyim… hər an,

9



Hər zaman özlərim bir öylə cihan Ki, bütün kainatı eşq olsun.

Könül uçduqca etila bulsun.

Rəqs edib orda möhtəşəm bir hiss,

Yasa batsın da, ağlasın iblis.

Qandan əsla görülməsin də əsər,

Saçsın al qönçələr şəfəqli səhər.

Orda yüz bulmasın şiəncə, kədər,

Oqşasın ruhu pənbə röyalər.

Bana gülsün də həp o nazlı xəyal,

Ah, o, yalnız o qayeyi-amal…



* * *



Onu duymaq, duyurmaq istərkən,

Gəririm hər bəlayə köksümü bən.

Daş, dikən, oq, qılıc, tokat, yumruq

Həpsi xoş, hər nə gəlsə dönmək yoq…

Kin, qərəz fışqırırsa vulkanlar,

Büğz, ədavət saçarsa tufanlar,

Çarpışır, of deməm, əvət bəni sən

Çəkinir sanma hiç mübarizədən.

Çünki həp bənliyim, kəmalım onun,

Hər düşüncəm, bütün xəyalım onun.

Bəni həp cəzb edər o incə məal,

Ah, o, yalnız o qayeyi-amal!..



Peyğəmbər son sözləri söylərkən əllərini köksündə çapraz edərək diz çökər, məftun və məczub bir tevrlə başını göyə doğru qaldırır. Mələk isə ilahi bir baqışla, ağır və duyulmaz bir hərəkətlə yüksəklərə

çəkilir.



DƏVƏT



Bir zaman sonra, Məkkədə geniş bir yol, uzaqda qara örtülü Kəbə…

Yol kənarında bütçü dükanı, qanbur bir ixtiyar əlində böyücük bir büt yonar. Dükanın önündə dəxi satış için bir qaç danə hazır büt 10



qonulmuş… Qarşıda gözəl yapılı, böyük qapılı bir ev gözə çarpar.

Evdən ud səsi eşidilir.



İ x t i y a r



(səsini eşidilən ud səsinə uyduraraq aşağıdakı şərqiyi söylər) Dün gənc idim, bu gün oldum ixtiyar,

Hər zamanın bir hökmü, bir halı var;

İnsanların ıssız ruhunda parlar

Hər gün yeni bir büt, yeni bir tanrı…

Dün bir səfil idim, bu gün bəxtiyar,

Hər anın bir zevqi, bir məlalı var.

Kəndi əlim, kəndi duyğum hazırlar

Hər gün yeni bir büt, yeni bir tanrı…



Ud susar. Bu sırada biri sadə geyimli Topal, digəri zəngin qiyafətli Nəim – iki müştəri gəlir.



T o p a l



Mərhəba, ixtiyar baba!



İ x t i y a r



Mərhəba, oğlum, mərhəba!

Gəl baqalım nerdəsiniz?

Artıq bizi tərk etdiniz.



T o p a l



(bütləri gözdən keçirir) 



Sorma, ixtiyar, hiç sorma,

Könlüm pək darılmış sana.

Səndən hər çeşit büt aldım,

Uğursuz çıqdı, şaş qaldım.

Oğul istədim, qız verdi,

11



Ah, çəkilməz bu qız dərdi.



N ə i m



(məmnun qəhqəhəylə) 



Fəqət biləkis bənimki,

Hiç bir zaman görmədim ki,

Oğul istəyim, qız versin.

Şükür, taleyim pək zəngin…

Dört oğlum, tək bir qızım var.

Qız deyil, bir ay parçası!

Hər görən şaşırıb donar;

Bir mələk, bir gül qonçası.



Peyğəmbər dalğın və düşüncəli bir halda gəlir, onları dinlər.



T o p a l



Onunçin rəhmətli baban

Nəim ad qoymuşdur sana.

Bən adsız, səqət bir insan,

Hər kəs Topal diyor bana.

Pək uğursuz bənim tanrım,

Hər yıl qız doğurdu qarım.

Cümləsini diri-diri

Gömdüm məzarə… Ah, biri

Pək gözəldi, acımadım.

Fəqət sonra oldum nadim.



(Cibindən taxtadan yapılmış bir büt çıqarır, ixtiyarın önünə atar,sinirli və darğın) 



Hər kötülük iştə bundan,

Şu bayquş bütdəndir, inan.



İ x t i y a r



12



Xayır, oğlum, küfr etmə, dur,

Bənim əlim uğurludur.

Həp qülbələr, kaşanələr,

Ən müqəddəs bütxanələr

Bən yapdığım sənəmlərlə

Süslənmişdir… Bəni dinlə!



(Əlində yonduğu bütü göstərir) 



Bunu al da, hiç bir zaman

Bundan sana gəlməz ziyan;

Oğul verir, sərvət verir,

Tükənməz səadət verir.



P e y ğ ə m b ə r



(göyə doğru həyəcanlı) 



Ulu Tanrı, ey qüdrətli Yaradan!

Bu sözlər həp sana qarşı bir isyan…

Şu sayğısız azğınlara qorqu ver,

Ah, acı da, bunlara bir duyğu ver.

Bir göz ver ki, haq nurunu duysunlar,

Bir könül ver, doğru yola uysunlar.



(Ətrafındakılara) 



Vətəndaşlar! Yetər, sapqınlıq yetər!

Yalançı kahinlər sizi məhv edər.

Əcdadınız doğru yoldan sapmışlar,

Daşdan, taxtadan büt yapıb tapmışlar…



O mənasız yolu həp unutmalı,

Unutmalı, haq yolunu tutmalı.

Bütün məbudların fevqində parlar

Yalnız gözəgörünməz bir Tanrı var,

Odur həp varlığın əvvəli, sonu,

Bütün kainat təqdis edər onu.

13



İ x t i y a r



(sinirli) 



Yahu nə istərsin bəndən?

Söylədiyin bütün saçma…

Çəkil dükanın önündən,

Müştəriyə əngəl olma!



P e y ğ ə m b ə r



Şu büt yapan əllərinlə

Yarınki haq divanında

Cavabın nə olur, söylə?

T o p a l



(istehzalı qəhqəhəylə) 



Görünməz allahı yanında

Bizim əsla işimiz yoq,

Çünki yüzümüz pək qara…



P e y ğ ə m b ə r



Əfv edər, onun lütfi çoq

Peşiman olan qullara.



N ə i m



(sinirli) 



Ey, Abdulla oğlu! Artıq

Dinləməkdən usandıq biz.



P e y ğ ə m b ə r



Günəş parlaqsa da, yazıq!

14



Pərdələnmiş gözləriniz.



N ə i m



(qara örtülü evi göstərir) 



Yahu utan bir Kəbədən,

Kəbədəki tanrılardan.

Üç yüz altmış büt var ikən,

Bir Tanrıya uymaz insan.



P e y ğ ə m b ə r



(Kəbəyə işarətlə) 



Fəqət şu öydüyün məbəd

Bir panayır1 qaynağıdır:

Yoqsul ərəbçin müəbbəd

Bir ticarət ocağıdır.

Şu duyğusuz bütlər dəxi

Dilsiz birər dəllal demək;

Görünməz Tanrı halbuki

Yersiz, yurdsuz olsa gərək.



Bu sırada orta boylu, parlaq nasiyəli, qılıc quşanmış bir gənc Peyğəmbərə doğru gəlir.



T o p a l



İştə, Əbu Talib oğlu!



N ə i m



(Peyğəmbəri süzərək) 



Əvət, bunun əmoğlusu!



(Əbu Talib oğluna) 

15



Yaqın gəl! Baban nüfuzlu,

Şanlı bir nəslin ulusu…



(Həyəcanlı) 



Məkkə xalqı: qadın, erkək

Hörmət bəsliyordu ona.

O da mərhəmət edərək,

Böyük arqa oldu buna.

Şimdi o ölmüş də bunun

Yardımçısı, arqası yoq.

Ögüt verin uslu dursun,

Söylənib durmasın da çoq.



Ə b u T a l i b o ğ l u



Sizin duyğunuz həp sönük,

Yarasa nurdan nə anlar?

Tanrı elçisi pək böyük…

Nə söylərsə hikməti var.



N ə i m



(qafasını oynataraq) 



Əvət, bildik sən də bunun

Ayrılmaz bir kölgəsisin.

Ar olsun sana, ar olsun!

Gör kimsin, kimin nəsisin.



Ə b u T a l i b o ğ l u



(qılıcını yarıya qədər çəkər, qızğın bir tevrlə) Azğın hərif, sus! Yoqsa bu

Qılıc həddini bildirir.



16



P e y ğ ə m b ə r



(qolundan tutub bir tərəfə çəkər) 



Gəl, ey Əbu Talib oğlu!

Haq onlara cəza verir.



Ə b u T a l i b o ğ l u



(həyəcanlı) 



Ah, sanki beynimdəki qan

Bir alevdir yaqar bəni,

Şu cahillərdə yoq vicdan,

Təhqir etdirmə kəndini.



P e y ğ ə m b ə r



Tanrı əmridir, əzizim,

Alim, cahil eşitməli.

İştə vəzifəmiz bizim

Hər acıya səbr etməli…

Ə b u T a l i b o ğ l u



(əli qılıcının qəbzəsində titrər və qınına işarətlə) Lakin şu qılıc nə zaman

Şu məhbəsdən qurtulacaq?



P e y ğ ə m b ə r



Bəklə, dur, böyük Yaradan

Nə əmr etsə o olacaq.



(Gedərlər) 



T o p a l



17



Bən Əbu Talib oğlunu

Bunca qəhrəman bilməzdim.

Bir çocuq sanırdım onu,

Cəsur deyilmi, ya Nəim?!



N ə i m



Cəsur, aslan kibi cəsur!

Əvət, çoq ar olsun bizə,

Biri çocuq, meydan oqur.

Biri gülər dinimizə.



T o p a l



Görünür, yeni din için

Az-çoq hörmət bəsləyən var.



N ə i m



Ona iman edənlərin

Çoqu çocuqlar, qadınlar…

T o p a l



Əbu Bəkr için sözün nə?

Can veriyor yeni dinə.



N ə i m



O da ağsaqal bir çocuq,

Hiç kimsəyə təsiri yoq…



T o p a l



(ixtiyarın əlindəki bütü göstərir) 



İxtiyar! Sən şunu yap da,

Bən gedəyim, acıqmışım.



18



İ x t i y a r



Aqşam çağı uğrayıb da

Alırsın, haydı, qardaşım!



Gedərlər. Bu sırada yuca boylu, uzun və xurmayı saçlı, son dərəcə

gözəl, məğrur və əzəmətli bir qız – Şəmsa kəndi həbəşi nədiməsilə

gəlir, qarşıdakı evə daxil olur. İçəridən incə və həzin bir ud səsi eşidilməyə başlar.



N ə i m



(heyrətlə) 



Şəmsa-gözəl müğənniyə,

İştə musiqi pərisi;

Bəkliyəlim bir saniyə,

Ah, nə xoşdur onun səsi.



T o p a l



Baş kahin diyor, məbudlar

O səsdən pək zevq alıyor.

Həm nə gözəl əşarı var,

Lakin oqurmu? Pək məğrur.

N ə i m



(evə işarətlə) 



Baş rəisin qaynı burda

Böyük bir dügün yapıyor.

Zənn etməm ki, gözəl Şəmsa

Bu məclisdə baqıb durur.



Ş ə m s a n ı n s ə s i



Bən istərim şəfəqlər çiçəklərdən,

Ay günəşdən, insanlar mələklərdən.

19



Nə gözəllik varsa, çalsın da birdən, Həpsi bir baqışda şikarım olsun!



T o p a l



Ah, bu təsadüf nə əla!



(Çalğıyı dinlər) 



Aman, nə incə bir pərdə!



N ə i m



İştə gördünmü, bən əsla

Yanılmam böylə şeylərdə.



Ş ə m s a n ı n s ə s i



Bən istərim hər nə var uzaq, yaqın;

Böyük dahilərin, qəhrəmanların,

Bütün ruhu bir çöhrədə parlasın,

O da bənim pərəstişkarım olsun!



N ə i m



Qulaq verdinmi sözlərə,

Şəfəqlərdən tac istiyor.

Tuhaf qız! Sığmıyor yerə,

Göylərdən də bac istiyor.



Musiqi dəyişir, rəqs ahəngi başlar.



T o p a l



Bən acım, getmək istərim.



N ə i m



20



Çıldırdınmı? Dur, hələ dur,

İş dəyişdi zənn edərim.

Baq, misafirlər çıqıyor.



T o p a l



(diqqətlə baqar) 



Zəngin ixtiyarı, gənci;

Görünür, pək kibar məclis…



N ə i m



Öylə ya, iştə birinci,

İkinci, üçüncü rəis!



Birinci, ikinci, üçüncü rəis və digər kibar qiyafətli misafirlər, yarım sərxoş bir halda, çıqmağa başlar. Çalğı taqımı da onları izlər.

Ətrafdan səsə bir çoq qadın, erkək, çoluq-çocuq toplaşır. İki-üç qadın rəqs edər, hər kəs əl çalar. Rəqs bitdiyi sırada Peyğəmbər dalğın adımlarla bir tərəfdən çıqar.



B i r i n c i r ə i s



(orta yaşlı, top saqallı, Peyğəmbəri görür-görməz istehzalıqəhqəhələrlə) 



Şuna baq, halətü rəftarına baq,

Göydən enmiş, sözü kəskin, parlaq!

Əski adətlərə kin bəslər imiş!

Tanrıdan gəlmiş o, peyğəmbər imiş!



Çalğı susar.

P e y ğ ə m b ə r



(əzəmətli, kəskin bir ahənglə) 



Əvət, ondan bütün əsrari-nihan,

21



Bana vermişdir o idrakü bəyan.

Tanrının hikmətidir cümlə cihan,

Varmı təkzib edəcək bir insan!?



İ k i n c i r ə i s



(gənc, silahlı, gözəl) 



Pək gözəl natiq imişsin, yahu!

Bir masal söylə, beş-on ayət oqu!



Ü ç ü n c ü r ə i s



(ixtiyarca və kosa) 



Gəl bir az söylə çoban Musadan,

Babasız, göydə uçan İsadan!



(istehzalı qəhqəhə) 



Sən də uçdunmu?! Aman, lütf eylə,

Hopla bir seyr edəlim.



(Kəndi hoplar) 



Baq, böylə!



(Düşəcək olur, təkrar sərxoşca qəhqəhələrlə doğrulur). 



P e y ğ ə m b ə r



Bana az tən edin, ey əhli-fəsad!

Ən böyük düşmanınız cəhlü inad.

Yetişir zevqü səfa, çəngü rübab,

Yetişir içdiyiniz qanlı şərab,

Bu qadar uydunuz iblisə, yetər,

Ayılın, qəflət ölümdən də betər…

Ayılın, bir baqın aləmdə nə var?

22



Sizi həp məhv edəcək şürbü qumar.

Sonu hiçdir, uçurumdur bu yolun,

Haq şərabilə bir az sərxoş olun!

Fikriniz parlayaraq incəlsin,

Ruhunuz rəqs edərək yüksəlsin.

Tanrı eşqilə coşan tatlı şərab

Böylə etməz sizi bədməstü xərab.

Şimdi aslan kibi hər kəs qızğın,

Sonra vəhşi canavardan azğın,

Daha az sonra domuzdan miskin;

Budur əhvalınız axırda sizin!



İ k i n c i r ə i s



(sinirli və həyəcanlı) 



Ah, o bilməm ki, nə sanmış da bizi,

İştə təhqir ediyor cümləmizi.

Ona hər gün beş-üç abdal qanıyor,

Hər nə söylərsə həqiqət sanıyor.



(Qılıcını çəkərək) 



Yetişir, xaini məhv etməliyiz,

Sayğısız, həm də müzəvvir, dinsiz.



Ü ç ü n c ü r ə i s



(mane olur, yarımistehza) 



Dur, təlaş etmə, xayır, bəncə o bir

Dəlidir, bəlkə də sərsəm şair.



P e y ğ ə m b ə r



(acı təbəssümlə) 



Şairim, bəslədiyim sidqü səfa,

23



Çırpınıb izlədiyim nuri-dəha.

Daima ruhumu oqşar cəbərut,

Şeirü ilhamımı dinlər mələkut.

Bən fəqət hüsni-xuda şairiyim,

Yerə enməm də, səma şairiyim.



B i r i n c i r ə i s



(istehzalı qəhqəhədən sonra) 



Ərəbistanda nə çoqdur şair,

Sana uçmaqda deyil kimsə nəzir.

Qorqarım şəhpərin axırda yanar,

Azacıq sonra düşüncən də donar.



P e y ğ ə m b ə r



Bənzəməz şairə peyğəmbərlər,

Onların hər sözü hikmət söylər.

Bana ilham edər ancaq Tanrım,

Onun eşqilə uçar duyğularım.

O olurkən bana munis, rəhbər,

Niyə yansın da qırılsın şəhpər?



Ü ç ü n c ü r ə i s



(arqadaşlarına) 



Yetişir, bən sizə qaç kərrə dedim,

Xəstədir beyni, tədavi lazim.



P e y ğ ə m b ə r



Bana gülməkdəsiniz gərçi bu gün,

Var yarın sizlər için qorqulu gün.

O zaman iştə ölənlər dirilir

Kim nə yapmışsa cəza çəkdirilir.



24



B i r i n c i r ə i s



Yaşamaq, ölmək?! O hər günkü oyun,

Bir də ən sonda dirilmək nə cünun,

Nə də axmaqca yalan, tatlı masal!

Buna iman edər ancaq abdal.



Ü ç ü n c ü r ə i s



Səndən arif daha çoqlar var ikən,

Səni seçmiş əcəba Tanrı nədən?



P e y ğ ə m b ə r



Çünki bən aşiqi-divanəsiyim,

Bən o hüsnün dəli pərvanəsiyim.

Gərçi tənqid edənim çoq, pək çoq,

Bəni haqqilə duyan yoq, hiç yoq.



İ k i n c i r ə i s



Doğrudur bəlkə sözün, lakin biz

Sənin allahını görmək diləriz.



P e y ğ ə m b ə r



Ən küçük zərrə, ən böyük aləm

Tanrı eşqilə rəqs edib duruyor.

İncə bir rəmzdir o, pək mübhəm,

Hər böyük qəlb o rəmz için vuruyor.

Yüksələn haqqa yaqlaşır ancaq.

Onu duymaz sürüklənən həşərat.

Bir günəşdir o, möhtəşəm, parlaq,

Nuri hiç dərk edərmi kor, heyhat!

Nerdə parlarsa haq, şərəf, vicdan,

Eyilik, doğruluq, gözəllik, inan,

Orda var sevgi, orda var iman:

Orda var şübhəsiz böyük Yaradan!

25



N ə i m



(açıq bulunan böyük qapıdan baqar, Topala) 



İştə seyr et, baş rəisin

Nüfuzlu məğrur hərəmi!

Hiç əskik olmaz xalq için

Onun ehsanı, kərəmi.



T o p a l



Gerçəkdən pək böyük qadın!

Əli açıq bir rəisə…

Dün böyük bir büt, saf altın

Hədiyyə etmiş Kəbəyə.



Bu sırada içəridən dört nəfər çıplaq köləyə yüklənmiş bir təxti-rəvan çıqar. Üzərində Rəisə – Baş rəisin hərəmi oturmuş. Təxti-rəvanın sağ

və solunda iki gözəl cariyə yürür. Arqada bir zənci əlindəki qırbacla çabuq yürümələri için ara-sıra kölələrin sırtına şatlatıb durur. Rəisə

göründükdə hər kəs təzim edər. Peyğəmbər isə kəskin baqışlarla onu süzməyə başlar.



R ə i s ə



(məğrur və istehzalı təbəssümlə camaata) 



Nə var yenə, şu əfsunçu

Yeni bir şeymi söylüyor?



İ k i n c i r ə i s



Əvət, şu qurnaz oyunçu

Getdikcə tüğyan eyliyor.



P e y ğ ə m b ə r



26



(təxti-rəvana baqaraq) 



Bilməm atıb heyvanları,

Omuzlarda gəzmək niçin?

Şu zavallı insanları

Yük altında əzmək niçin?

Halbuki zənginlə yoqsul

Bir topraqdan yaratılmış,

Bir sultanla, bir qara qul

Eyni çamurdan yapılmış.

R ə i s ə



(kəndi-kəndinə) 



Ah, o gözlər bir oq kibi

Ta qəlbimə saplanıyor.

O bir fəzilət sahibi…

Xor baqanlar aldanıyor.



(Peyğəmbərə) 



Ey, bana baq, söylənmə çoq,

Satın aldım bunları bən.



(Kölələri göstərir) 



Altın versəm, hiç şübhə yoq,

Sən də əsirimsin həmən.

Nasıl ki, altunla öncə

Satın aldı qarın səni.

Yaşı keçmiş dul Xədicə

Söndürdü kəndi nəfsini.

Hiç öyünmə, əvət, altun

Sən deyil, susdurur hətta

Sənin hiçdən uydurduğun

O görünməz Tanrıyı da!



27



P e y ğ ə m b ə r



(həyəcanlı) 



Xayır, xayır… Saqın, əsla

Aldanma! Parlaq vicdanlar,

Böyük duyğular pək başqa…

Altına satılmaz onlar.

Haqdan keçib, altın deyə,

Vicdanını satan səfil,

Yəhudi köpəyindən də

Alçaqdır, alçaq… eyi bil!

İnsanları bir-birindən

Ayıramaz altın, gümüş.

İştə bizi ayırd edən

Yalnız bilgidir, düşünüş…



Bu sırada birisi arqa tərəfdən Peyğəmbərin başına xurma yapraqlarilə

örülmüş dikənli bir tac qoyar. Ətrafdakılar istehzalı qəhqəhələrlə

gülməyə başlar.



R ə i s ə



(əlindəki yelpazə ilə kölələrə “get” işarəti verir, gedərkən camaata) Nə məraqdır sizdə bilməm,

Hər kəs gülər, həm də dinlər.



Camaatdan bir qaç qadın və çocuq Peyğəmbəri daşa basar.



C a m a a t



(kin və nifrətlə) 



– Haydı, məcnun!

– Haydı, sərsəm!

– Haydı, yalançı peyğəmbər!



28



P e y ğ ə m b ə r



(dikənli tacı bir tərəfə atar, həyəcanlı, fəqət bir qədər məyus) Ah, insanlıq nasıl enmiş…

Nasıl enmiş də, alçalmış!..

Vicdanların nuru sönmüş,

Könülləri vəhşət almış.



Peyğəmbər hənuz söyləməyə başlarkən camaat Birinci rəisin işarətilə

çalğı çala-çala, oynaya-oynaya Rəisə getdiyi tərəfə doğru ilərilər və

onun sözləri qurultuya qarışaraq anlaşılmaz olur. Çocuqlar və

qadınlardan bir qismi yerdən daş parçaları alıb atar, qəhqəhələr, məsqərəliklər və kinayəli tevrlər ilə uzaqlaşıb gedərlər. Peyğəmbər əli alnında, məyus baqışlarla onların arqasınca baqıb düşünür.



N ə d i m ə



(geridə qalıb da şaşqın baqışlarla düşünüb duran Şəmsaya) Şəmsa! Pək düşündün, yavrum,

Aman, gəl, nə olmuş sana?

Ş ə m s a



Anam, babam, qardaşlarım,

Hər kəs kin bəslərkən ona.

Ah, o gözlərdəki qüdrət

Həp təsxir edər könlümü.



N ə d i m ə



Pək böyük ondakı cürət,

İnan, yaqlaşmış ölümü.



(Şəmsanın qolundan tutar, gedərlər) 



İ x t i y a r



29



(bütləri toplayıb içəri qoyar. Qapıyı qapayıb gedərkən Peyğəmbəri süzər və istehzalı qəhqəhəylə)



Uslanmadınsa, get, yenə

Bildiyin saçmayı söylə.

Kimsə uymaz sözlərinə,

Məyus olursun həp böylə.

Əmin ol ki, Lat və Üzza1

Bir gün həddini bildirir.

Əlbət, sana layiq cəza

Hər nə isə çabuq verir



P e y ğ ə m b ə r



(acı bir həyəcan ilə) 



Erkək, qadın, çoluq-çocuq

Hər kəs əylənib gediyor.

Sözlərimin təsiri yoq,

Hər rast gələn tən ediyor.

Hər kəs gülər bana… Şaka

Sanırlar Tanrı əmrini.

Bir avuc əshabdan başqa

Hiç kimsə dinləməz bəni.



(Gedər. Şu halda hava qararmağa başlar. Nurani mələk tatlıtəbəssümlərlə Peyğəmbərin qarşısına enər). 



M ə l ə k



Ey, Tanrı elçisi, məyus olma, dur!

Ümidsizlik sana hiç yaraşmıyor.

İnan, ümiddir qayələr qayəsi,

Acıdır ümidsizliyin meyvəsi.

Ümidsiz bir insan, ümidsiz millət

Səfil və bədbəxt olur ən nihayət.



P e y ğ ə m b ə r

30



Lakin bana qarşı həp kin bəslənir,

Ah, münafiqlər həp gülər, əylənir.



M ə l ə k



Əvət gözlər kordur, qulaqlar sağır,

Vicdanlar qabadır, tənələr ağır.

Fəqət sağır qulaqları açmalı,

Dikənli yollara güllər saçmalı.

Əvət, açmalı kor olmuş gözləri,

Əvət, dinlətməli acı sözləri.

Yıldızlar oynarkən haq qucağında,

Düşün, nə əhd etdin Hira dağında?!

Ey böyük yalavac, inan ki, sussan,

Bəsbəlli tarix görür böyük ziyan.



P e y ğ ə m b ə r



(məczub) 



O yüksək baqışlar, aman,

Nə tatlı, həm nasıl məsrur!

Ümidsiz könlümə hər an

Qönçə əməllər sərpiyor.

Sənin küçük bir lütfünə

Layiq olan hiç susarmı?



(Göyə doğru) 



Bir könül ki, uysun ona;

Gülünc alaydan qorqarmı?



M ə l ə k



Hiç qorqma, haq sözü söylə,

Durmuş yürəkləri çarpdır!

İssız ruhları atəşlə,

31



Yaq, çəkinmə! Yolun haqdır.

Durma, get, acı olsa da

Tanrı buyruğunu anlat.

Hər qonaqda, hər qülbədə

Söylə! Zülməti aydınlat!



P e y ğ ə m b ə r



(çəkilib gedən Mələyə qarşı diz çökərək) 



Xayır, susmam, gedər haqqı söylərim,

Ölümdən çəkinməm, səni dinlərim.

Çünki sən o şəfəqdən bir parçasın,

O fidandan dərilmiş bir qonçasın.

O günəşdən ayrılmış bir yıldızsın,

Tanrı gülüşündən doğmuş bir qızsın.



İ s k e l e t



(bir guşədən qarşısına fırlar, şiddətli və istehzalı qəhqəhələrlə) Xayır, çəkinmə, get inandır, inan!

İnanmaqla bəxtiyar olur insan.

İnan! Fəqət tapdığın ulu Tanrı

Sən kəndinsin, deyil o səndən ayrı.

Əvət sən o küllün cüzisin, inan!

Əfsus cüz uzaqdır külli sarmaqdan.



(Göyə işarətlə) 



O uzaqdır rənglərdən, sifətlərdən,

Uzaq… həp dinlərdən, təriqətlərdən.

Hər mühit onu bir çeşit yaratmış,

Hər kəs qaranlıq dama bir daş atmış.

Hər kəs ona bir ad qoymuşdur gerçək,

O qaranlıq ışıq fəqət pək yüksək…

Onu göstərmək istəyən də şaşqın.

Rədd etmək istəyən sərsəm də azğın.

32



Çırpınmamaq istərsən aldan, inan!

Yazıq sana, yazıq, zavallı insan!..



(Acı qəhqəhələrlə çəkilir) 



Hava aydınlaşır. Peyğəmbər dalğın baqışlarla düşünür.



Ş ə m s a



(Nədimə ilə bərabər geri dönər. Peyğəmbəri o halda görüncə) İştə o, baq, dalmış yenə,

Ah, nə həşmətli bir sima!

Rəngi mail gül rənginə,

Hər baqışı bir müəmma…



N ə d i m ə



Pək gözəl, qaməti mevzun,

Köküs geniş, qollar qalın.

Göz qara, kipriklər uzun,

Böyük başda açıq alın…

Ş ə m s a



Çoq zaman diyorlar dalar,

Baş dönmədən bayğın düşər.

Sanki şimdi o halı var,

Başqa aləmdə seyr edər.



N ə d i m ə



Nə çoq məraq etməkdəsin

Könlün pəkmi sevər onu?



Ş ə m s a



Ah, nə sönük sənin hissin,

Hər qadın onun vurğunu.

33



N ə d i mə



İştə baq, getmək istiyor,

Həp düşünür, o həp dalğın.



Ş ə m s a



(yaqlaşır) 



Sözüm var sana, getmə, dur!



P e y ğ ə m b ə r



(başını qaldırıb baqar) 



Nə istərsin, gözəl qadın?



Ş ə m s a



(sarsılmış və sinirli) 



Qadınmı?! Ah, böyük təhqir…

Hər kəscə bəllidir adım,

Bən bir qızım, həm də bakir

Hənuz kimsəyə varmadım.

İncilər, altın, gümüşlər,

Hər dürlü sərvət bir yana,

Hər kəs məcnun kibi izlər,

Məftundur həp gənclik bana.

Könül vermədim kimsəyə

Bir xilqətim iştə nadir…

Düşün, bakir bir qönçəyə

Qadın demək pək xətadır.



P e y ğ ə m b ə r



Halbuki o qönçə bikri

34



Hər gün binlərcə göz əmər.

Öyündüyün bikr, ey pəri,

Sönər, hər gün bir az sönər.

Evlad eşqilə çırpınan

Bir qadın könlü, şübhəsiz,

Sayğısız qızlarınkından

Daha bakir, həm ləkəsiz…



(Peyğəmbər gedər. Şəmsa onu izləmək istər) 



N ə d i m ə



Bıraq, yüz vermə bir böylə.



Ş ə m s a



Ah, əvət məhv olmalıdır.



(Bir az tərəddüd… sonra) 



Xayır, o bənim əlimlə

Ölümdən qurtulmalıdır.



(Nədiməyə) 



Sən çəkil, bir yanda bəklə!

(Nədimə çəkilir. Kəskin bir səslə uzaqlaşan Peyğəmbərə) Getmə, dur!



P e y ğ ə m b ə r



Nə imiş, söylə?



Ş ə m s a



Qandırmış xalqı baş kahin,

Hər kəs səni arar…

35



P e y ğ ə m b ə r



Niçin?



Ş ə m s a



Peyğəmbərə ölüm deyə

Gözlər həp atəş saçıyor.



P e y ğ ə m b ə r



Sus, inanma hiç kimsəyə,

Peyğəmbərə ölüm yoqdur.

Onun üstündə göylərin,

Yuca Tanrının gücü var.

Daş bütlərə tapan kahin

Bir gün gəlir haqqı anlar.

Əvət, o cansız məbudlar

Bir gün gəlir ki, qəhr olur.

Qəhr olur, devrilir, batar,

Hər kəs onlardan qurtulur.



Ş ə m s a



(usanmış bir halda) 



Ah, sən bizim məbudlardan

Nə istiyorsun, bilməm ki?!

P e y ğ ə m b ə r



Çəkil, ey haq yoldan azan

Vəhşi səhralar çiçəyi!..



(Yüzünü çevirib, sinirli adımlarla uzaqlaşır) Ş ə m s a



36



(iki-üç adım izlər, qarşısına keçib getməsinə mane olur. Məğrur və 

amiranə bir tevr ilə) 



Getmə, dur! Aç gözlərini,

Baq gör bən kimim, bən nəyim?

Hiç düşündürməzmi səni

Vurğun könlüm, gözəlliyim?



P e y ğ ə m b ə r



(başını qaldırır, diqqətlə süzər, pərəstişkar bir ahənglə) Əvət, gözəl!.. Şairlərin

Tatlı xülyasından gözəl.

İlk baharda səhərlərin

Pənbə röyasından gözəl!..

Yıldızların sevdasından

Yaratılmış bir çiçəksin.

Gözəlliyin mənasından

Daha dilbər bir mələksin.



(Göyə işarətlə) 



Fəqət bir Tanrı ki, sana

Böylə bir gözəllik vermiş.

Nədən xor baqarsın ona,

Niçin etməzsin pərəstiş?

Ş ə m s a



Ah, bilməm ki, şu qaranlıq,

Şu əngin boşluqda nə var?

O bir dərin hiçlik artıq,

Sağır hiçlikdən nə çıqar?



P e y ğ ə m b ə r



Halbuki saysız ışıqlar

O qaranlıqdan parlıyor.

37



Görüb duyduğun varlıqlar

O hiçlikdən feyz alıyor.



Ş ə m s a



Bən istərim qəlbindəki

Tanrı eşqi unutulsun,

Könlümdə çırpınan sevgi

O eşqin yerinə dolsun.



P e y ğ ə m b ə r



Çəkil, artıq sərsəmlədin,

Dəf ol da sus, ah, uğursuz!

Mərmər köksündəki qəlbin

Daş bütlər qədər şüursuz…



(Çəkilmək istər) 



Ş ə m s a



(önünə keçərək) 



Şimdi mələk derkən bana

Bu təhqir bilməm ki, niçin?



P e y ğ ə m b ə r



Çəkil, bu da azdır sana,

Çünki şeytan bir mələksin.

(Gedər) 



N ə d i m ə



(gəlir) 



Sən ona hörmət bəslərkən,

Nifrətlə – sus, çəkil! – diyor.

38



Qurtuluş yolu söylərkən,

Səni həp təhqir ediyor.



Ş ə m s a



(kinli) 



Pək məğrur… Əvət, mütləqa

Kəsməli onun dilini.



(mülayim) 



Lakin… o gözlər daima

Söndürür bəndəki kini.

Ah, o gözlər daim qara

Elmas kibi parlar durur.

Arqasında hikmət, dəha

Dənizləri həp mevc vurur,

Bəni ən çoq əsir edən

Onun parlaq sözləridir.

Ah, insanı həcv edərkən

Belə o pək zərif şair…



N ə d i m ə



O yalnız şairsə, düşün,

Sən həm şeirsin, həm şair.

Hüsnün, gözəl səsin, bütün

Hicaz ölkəsində nadir…

Ş ə m s a



Bən hiç… ən böyük şairlər

Ona qarşı diz çökməli,

İmrüülqeys kibi ərlər

Susmalı, boyun bükməli…

Əvət, bizdə nə çoq şair,

Onlara bir zənbil xurma,

Ya şərab, ya bir altın ver,

39



Mədh edərlər səni… Ama

O, düşmandır yaltaqlığa,

Həp kindən, qərəzdən qaçar.

Geniş ruhu sanki fəza…

Daim yüksəklərdə uçar.



(Məyus və həyəcanlı) 



Əfsus bütləri, Kəbəyi

Həp rədd edər, iştə bəla!

Həm pək sevər Xədicəyi,

Bunu əfv edəməm əsla!



N ə d i m ə



(ətrafa baqar) 



Baq, gəldilər baş kahinlə

Xəttab oğlu önlərində,

Qızmış böyük, küçük, kölə,

Etidal yoq hiç birində.



Öndə baş kahin, rəislər və orta yaşlı, yuca boylu, silahlı Xəttab oğlu olduğu halda camaat gəlir, hər kəs kinli baqışlarla ətrafı süzməyə

başlar.



B a ş k a h i n



Nerdə, yahu, onu bir göstəriniz!

Əcəba nerdə o xain dinsiz?

X ə t t a b o ğ l u



Kim bilir, bəlkə də qorqub qaçmış.



Ş ə m s a



(Nədiməyə) 



40



Yoq, o qorqaq deyil əsla, yanlış…



İ x t i y a r



(gəlir, dükanın qapısını açaraq) 



Burda dalmışdı o xülyayə dəmin.



B i r i n c i r ə i s



İştə qorqub da savuşmuş miskin!..



İ k i n c i r ə i s



O fəqət bəncə bir aciz, sərsəm…



Ü ç ü n c ü r ə i s



Bən də əsla ona məna verməm.



B a ş k a h i n



(yola baqar) 



Baş rəis! Ah, nə qadar halı fəna,

Baqalım bir o nə söylər əcəba?



Baş rəis gəlir. Hər kəs əyilir. Sükut…



B a ş r ə i s



(öndə duran rəislərə şiddət və həyəcan ilə) 



Arqadaşlar! Nə demək bunca sükut?

Niyə baqmaqdasınız həp məbhut!?

Pək küçük sandığınız bir miskin

Bəsliyor bizdəki adətlərə kin.

Hiçə endirmədə həp dinimizi,

41



Gülüyor bütlərə, saymaz da bizi.

Onun ancaq yuca göylərdə yaşar,

Əl vurulmaz yeni bir Tanrısı var.

Öylə bir Tanrı ki, gözlər görməz,

Cismi yoqmuş da nə cevhər, nə ərəz…

Doğurub doğmaz o bimislü şərik,

Həm məkansız… Nə qadar sərsəmlik?!

Söylüyor həp bir imiş şah və gəda.

Bu səbəbdən uyaraq həp füqəra,

Həp zəiflər, kölələr, cariyələr

Onu dinlər, ona hörmət bəslər.

Ah, o bir gün düşünüb yol bulacaq,

Bizə qalib və müsəllət olacaq…



X ə t t a b o ğ l u



(istehzalı təbəssümlə) 



Bir xəyal iştə, əvət tatlı xəyal.



(Hiddətlə qılıcını çəkər) 



Şu qılıc əldə dururkən, bu, mühal…

Hörmət etdim də Bəni Haşimə bən,

Öncə vaz keçdim onun qətlindən.

Nə qadar olsa da əcdadı ulu.



(Əlini köksünə vurur) 



Sağ bıraqmaz onu Xəttab oğlu.

Qəhrəmanlar bana aciz qul ikən,

O nasıl qurtulacaq pəncəmdən?

Hiç məraq etməyin, əlan gedərim,

Onu bən parçalarım, məhv edərim.



(Qılıcını qınına qoyub sərt və qızğın baqışlarla uzaqlaşır) B a ş r ə i s



42



İbn Xəttabın, əvət, şöhrəti var, Qəhrəmandır nəyə əzm etsə yapar.



(Kənarda duran orta yaşlı Səidə) 



Sən də get, durma, Səid! Göz-qulaq ol!

Yardım et qaynına, Peyğəmbəri bul.



Camaat dağılır.



S ə i d



(uzaqlaşan Baş rəisə təzim ilə) 



Pək gözəl…



(Ətrafa) 



Ah, canavar, ah ədna…

Görəyim qəhr olasın sən də, o da…



Gedər. Nədimə ilə bərabər geridə qalan Şəmsa həyəcanlı hallar keçirir.



Ş ə m s a



Yoq, bu mümkün deyil əsla… əsla,

Onu məhv etmədə yoq bir məna.



N ə d i m ə



Şimdi Peyğəmbərə kin bəslər ikən,

Bu təlaşın əcəba söylə nədən?



Ş ə m s a



Ah, o şahincə baqışlar hər an

Çırpınan ruhumun üstündə uçar.

43



O gözəl səsdəki qüvvət, həyəcan

Sızlayan könlümə bir şölə saçar.

Seyr edərkən onu qarşımda dəmin,

Söndü həşmət, əzəmət, söndü qürur.

Onu sevdimmi? Bilinməz… Lakin

Bəni bir duyğu əzib qəhr ediyor,

O yanan qəlbə qavuşmaq dilərim,

Ona qoşmaq dilərim.



(Sinirli adımlarla Peyğəmbər getdiyi tərəfə doğru ilərilər, Nədimə də 

kəndisini izlər) 



HİCRƏT



Eyni şəhərdə məzarlıq. Kənarda bir evciyəz, iki-üç xurma ağacı.

İkindi çağı…

Ev sahibi Səid təlaş ilə gəlir, qapıyı şiddətlə çalar. Qapı açılır. Onun 30 yaşını keçməyən qarısı – Xəttab qızı qarşısına çıqar.



X ə t t a b q ı z ı



Səid, yüz-gözünü saran

Bu təlaş niçin, əcəba?



S ə i d



Əhd etdi qardaşın əlan

Dəhşətli bir qurultayda…



Sükut…



X ə t t a b q ı z ı



Aman, nədir əhd etdiyi?

Bu təlaş, bu susmaq niçin?



S ə i d

44



Xəttab oğlu and içdi ki,

Peyğəmbəri məhv eyləsin!

X ə t t a b q ı z ı



(sarsılmış və qorqulu) 



Ah, bu qorqunc xəbər bəni

Bir yıldırım kibi vurdu.

Tanrı qurutsun əlini

Yoq, o artıq pək qudurdu!



S ə i d



Bilsə hələ sən də, bən də

O dinə iman etmişiz;

Hiç sağ bıraqmaz, ilk öncə

Bizdən öc alır şübhəsiz.



(Uzaqdan Xəttab oğlu görünür) 



X ə t t a b q ı z ı



İştə kəndisi! Şərrindən,

Ya Rəb, sən saqla bizləri.



X ə t t a b o ğ l u



(kinli adımlarla yaqlaşır) 



Səid! Sizdən varmı görən

Hiç o düzmə Peyğəmbəri?



X ə t t a b q ı z ı



Yoq bir kimsənin xəbəri.



(Səidi göstərir) 

45



Nə zevcim görmüş, nə də bən.



(Hər ikisi içəri girər) 

X ə t t a b o ğ l u



(əli qılıcının qəbzəsində, qızğın) 



Xayır, əsla o sərsəri

Qurtulamaz şu pəncəmdən.



(Bu sırada Əbu Talib oğlu sürətli adımlarla gəlib keçər) Dur, ey Əbu Talib oğlu,

Bu surətlə sən nerəyə?



Ə b u T a l i b o ğ l u



Gediyorum Tanrı qulu

Peyğəmbərlə görüşməyə.



X ə t t a b o ğ l u



Sizlərdəki həsəb-nəsəb

Bəlli, hər kəscə möhtərəm.



Ə b u T a l i b o ğ l u



(onun sözünü kəsərək) 



Fəqət bəncə elm, ədəb

Həsəb-nəsəbdən müqəddəm…



X ə t t a b o ğ l u



Sözlərimi kəsmə, dinlə!



Ə b u T a l i b o ğ l u

46



Dinliyorum, əvət, söylə.



X ə t t a b o ğ l u



Bəncə atıb yeni dini,

Əcdadınla öyünməli…

Ə b u T a l i b o ğ l u



İnsan deyil əcdadını,

Yalnız haqqı düşünməli.



X ə t t a b o ğ l u



Nə istərsiniz əcəba

Gözə görünməz Tanrıdan?



Ə b u T a l i b o ğ l u



Görmədiyim bir Tanrıya

Bən əyilməm hiç bir zaman.



X ə t t a b o ğ l u



Nerdə gördün onu, nerdə?



Ə b u T a l i b o ğ l u



Hər zaman iştə hər yerdə,

Əvət, göstərir hər səda.

Hər hərəkət onu daim,

Bir şey görmədim ki, onda

Tanrıyı görmüş olmayım.



X ə t t a b o ğ l u



(yarımistehza) 



47



Sən bu fevqəladə yolu

Lütf edib də öyrət bana.



Ə b u T a l i b o ğ l u



(eyni ahənglə) 



Bir çocuq, ey Xəttab oğlu,

Öyrətəməz bunu sana.

X ə t t a b o ğ l u



(mənalı təbəssümlə) 



Fəqət diyorlar Peyğəmbər

Tapınırkən Tanrısına;

Daim izhari-əcz edər,

Heyrətlə der “ma ərəfna”…



Ə b u T a l i b o ğ l u



İzhari əcz edən arif

Ən böyük idrak əhlidir.



X ə t t a b o ğ l u



(məğrur və istehzalı baqışlarla) 



Dursun! Xaliqini hərif

Bu gün məzarda öyrənir.



Ə b u T a l i b o ğ l u



(əli qılıcının qəbzəsində titrər) 



Sakit ol, onun məzarı

Deyil yerdə, göylərdədir.

Ona yalnız uca Tanrı

Öz qucağında yer verir.

48



Həm də onu, inan bana,

Hər yigit qılıcı kəsməz.

Dünya dağılsa da ona

Əsla ölüm yeli əsməz.



X ə t t a b o ğ l u



(istehzalı qəhqəhə ilə) 



Fəqət rəngin pək dəyişdi,

Könlün qavğamı istiyor?

Ə b u T a l i b o ğ l u



Xayır, çünki qan dökməyi,

Böyük Tanrı mən ediyor.



X ə t t a b o ğ l u



Bu bir yaldızlı hiylə ki,

Həp qorqudan nəşət eylər.



Ə b u T a l i b o ğ l u



Saqın! O sevməz hiyləyi,

Nə söylərsə doğru söylər.

Abdulla oğlunu əsla

Qorqutacaq bir qüvvət yoq,

Hiç öyünmə, keçmiş ola;



(əlini köksünə qoyaraq) 



Onun yardımçısı pək çoq…



X ə t t a b o ğ l u



İştə qəhrəman bir çocuq!

Ərəbsin, eşq olsun sana!

İnan, səndəki məğrurluq

49



Ciddən xoş göründü bana!

Lakin tutub öz əhdimi

Bən məhv etməliyim onu.



(İstehzalı təbəssümlə) 



Tanrıdan xəbər gəldimi,

Ararsın Xəttab oğlunu.



(Məğrur və əzəmətli adımlarla uzaqlaşır)

Ə b u T a l i b o ğ l u



(sinirli) 



Ah, Peyğəmbərin bu helmi

Həp düşmanları güldürür.

Yoq, bu dərd yaqar könlümü,

Çoq sürməz bəni öldürür.



(Kəskin bir əzm ilə) 



Xayır, bən Xəttab oğluna

Yüz verməm tüğyan eyləsin.

Bıraqmam şu cəllad ona

Güldən ağır söz söyləsin.



(Sürətli və kinli adımlarla eyni yolu izlər) Bu sırada digər tərəfdən azğın yüzlü, canavar gözlü bir ərəb hənuz beş-altı yaşına varmış qızının qolundan tutub qızğın adımlarla məzarlığa doğru yürür.



Ə r ə b



Artıq usandım, gəl, yetər!



Q ı z



50



(acı fəryad ilə) 



Annəciyim!.. Ah, nerəyə?



Ə r ə b



Sən də bacın kibi gəbər!

Qızlar məhkumdur hiçliyə!



Q ı z



(yalvarır) 



Aman, babacığım, aman!

Ə r ə b



Gəl, yetər!..



(Hiddətlə sürüklər) 



Q ı z



(qorqaraq çığırır) 



Ah, annəciyim!



Ə r ə b



Gəl, ölümdür sənin cəzan,

Artıq yoq fəzlə ətməyim.



Q ı z



Ah, bıraq, anamı bir də

Görəyim, sonra vur, öldür.



Ə r ə b



51



Haydı sən dəf ol, gəbər də,

O da həsrətindən ölür.



(Boş məzarın içinə atar) 



Q ı z



Ah!



Ə r ə b



(məzarın üzərini iki-üç böyük daşla qapar) 



İştə… Sus, yetər, bana

Qız evladı lazım deyil.

Q ı z ı n s ə s i



Annəciyim…



Ə r ə b



(mütəəssir) 



Bədbəxt ana…

Şimdi yavrusundan qafil…



(Peşiman və məhzunca bir tevrlə əli alnında düşünür, sonra) Ah, nə duyğusuzmuş Tanrım,

Bir gün taleyim gülmədi.

Niçin, bilməm, niçin qarım

Qız doğururkən ölmədi?!



(Qızğın və sinirli) 



Xayır, bən oğuldan başqa

Evlad istəməm, istəməm.

Qız və qadın insanmı ya?

52



Yoq, bən qıza evlad deməm.



(Kinli adımlarla çəkilib gedər. O getdiyi kibi, Səid ilə Xəttab qızı təlaş ilə qapıyı açıb çıqarlar)



X ə t t a b q ı z ı



(Səidə) 



Aman, durma, nerdə olsa

Peyğəmbəri get, ara bul!

Ah, qardaşım onu bulsa,

Hiç sağ bıraqmaz, əmin ol!



S ə i d



Şaşırma, ey Xəttab qızı,

Qardaşın gərçi qəhrəman.

Peyğəmbər o imansızı

Bir sözlə susdurur, inan!



X ə t t a b q ı z ı



Hər işdə ehtiyat eyi,

Get, xəbər ver evlərinə.

Həmən get bul Xədicəyi,

Zevcəsidir, bilsin yenə.



(Peyğəmbər uzaqdan görünür) 



S ə i d



(baqar) 



Çoq şükür, iştə kəndisi!



(Xəttab qızına) 



53



Saqın, bir şey söyləmə, dur…



Qayıbdan bir səs



Annəciyim…



X ə t t a b q ı z ı



Çocuq səsi.

Ah, bu səs nerdən gəliyor?



S ə i d



(təlaş ilə Peyğəmbərə yaqlaşır, əyilib əlini öpdükdən sonra) Aman, ey Tanrı elçisi!

Bir cəllad arıyor səni.



Qayıbdan bir səs



Annəciyim…

P e y ğ ə m b ə r



Çocuq səsi.



Qayıbdan bir səs



Annəciyim…



P e y ğ ə m b ə r



Bu səs bəni

Xərab etdi, ah, nə həzin!..



A n a



(acı fəryad ilə qoşub gəlir) 



54



Aman, yavrum, mələk yavrum,



P e y ğ ə m b ə r



(xarab olmuş bir məzara yaqlaşır. Üzərindəki böyük daşıbir tərəfə çəkib baqar) 



İştə bir qız! Yardım edin,

Yardımı əmr etmiş Tanrım.

Ah, görünür diri-diri

Məzarə gömmüşlər bunu.



A n a



Əvət xain bir sərsəri

Məhv etmək istiyor onu.



Səid məzara enər, qızı yuqarı qaldırır, Peyğəmbər yardım edib çıqarır.



Of, yavrum…

Q ı z



Ah, annəciyim…



(Qucaqlaşırlar) 



P e y ğ ə m b ə r



(anaya) 



Dur, yüksəltmə fəryadını,

Söylə, bən bilmək istərim

Şu məsumun cəlladını.



A n a



Cəlladı iştə pək aydın,

55



Kəndi alçaq babasıdır.



(Yaralı bir ahəng ilə) 



Onca bir qız, ya bir qadın

Uğursuz baş bəlasıdır.



P e y ğ ə m b ə r



(müztərib və həyəcanlı) 



Qadın, qadın?! Onu duymaq, duyurmaq istərkən

Yaqar düşüncəmi bir şölə, bir zəhərli dikən.

Bütün həyatı çiçəkləndirən fəqət o… niçin,

Niçin əzilsin o, bilməm niçin sürüklənsin?!

Qadın – günəş, çocuq – ay… nuri ay günəşdən alır1.

Qadınsız ölkə çabuq məhv olur, zavallı qalır.

Qadın əlilə fəqət bəxtiyar olur şu cihan,

O bir mələk… onu təqdis edər böyük Yaradan.

O pək sevimli, gözəl, incə, nazlı bir xilqət,

Onun ayaqları altındadır fəqət cənnət:

Qadın gülərsə şu ıssız mühitimiz güləcək,

Sürüklənən bəşəriyyət qadınla yüksələcək…



A n a



Haydı, gəl gedəlim quzum.



Q ı z



Ah, babamdan qorquyorum.



P e y ğ ə m b ə r



Allah əsirgəsin, aman!

Vəhşiləri keçdi insan.



A n a

56



Qorqma! O hiç görməz səni!



Q ı z



Görsə öldürəcək bəni.



A n a



Evdə yoq, bizi tərk etdi,

Şimdi yol kəsməyə getdi.

Qorqma, annən dilənir də,

Verməz səni o namərdə.



P e y ğ ə m b ə r



Tanrı yardımçınız olur,

Azğın cəzasını bulur.

(Evi göstərir) 



Baq, şu evdə yaşayanlar

Pək mərhəmətli insanlar…

Bunlarda qan var, vicdan var,

Yuca Tanrıya iman var.

Burda qalın hər ikiniz,

O cəlladı görməyiniz.



A n a



(qızilə bərabər Peyğəmbərin ayaqlarına qapanır) Allah səndən razı olsun.



Peyğəmbər qollarından tutub qaldırır.



S ə i d



Gəlin, bir az rahat bulun.

57



X ə t t a b q ı z ı



Gəlin, hiç məraq etməyin.



P e y ğ ə m b ə r



(mənalı bir baqışdan sonra) 



Məhəbbətdir ən böyük din.



İçəri girərlər.



X ə t t a b q ı z ı



(Peyğəmbərə) 



Aman, buyursanız siz də…

P e y ğ ə m b ə r



Xayır, bən getmək istərim…



X ə t t a b q ı z ı



Bir az saqlanınız bizdə,

Qəzəblənmiş bəradərim…



P e y ğ ə m b ə r



(sözünü kəsərək) 



Lakin Tanrının qəzəbi

Onunkindən daha müdhiş…



X ə t t a b q ı z ı



Ah, qorqarım, pək əsəbi,

Bəlkə doğar çirkin bir iş.

58



P e y ğ ə m b ə r



Sən get, şu kimsəsizləri

Avut, barındır, əkmək ver.

Böyük Tanrı Peyğəmbəri

Hər an bəladan hifz edər.



Qadın onun əlini öpər, müztərib baqışlarla içəri girər və qapıyı qapar.

Bu mənzərəyi uzaqdan görünən Nəim ilə Topal seyr edərlər.



N ə i m



Yazıq şu Xəttab oğluna,

Peyğəmbərə kin bəsliyor.

Həmşirəsi uymuş buna,

Din içində din bəsliyor.



Peyğəmbər dalğın adımlarla məzarlıqda bir daş üzərində oturub düşünür. Bu sırada qız, oğlan bir yığın çocuq aşağıdakı şərqiyi söyləyərək gəlir və hər parça bitdikdə əl

çalar, oynarlar.



Ç o c u q l a r



Diyor göydə bağçalar var,

Orda çiçəklər nur saçar,

İnsan mələk kibi üçar…

İstəməm, masaldır onlar,

Bən vuruldum yalnız sana

Vətən! Ah, sevgili ana!



Dün bir quş gördüm yaralı,

Düşmüş yurdundan aralı.

Dişlərdi köksünü çalı,

Söylərdi sanki hər halı;

Vəhşi qartal qıydı bana,

Vətən! Ah, sevgili ana!

59



Bir qaç çocuq ıslıq çalaraq yerdən daş parçaları alıb Peyğəmbərə

atar, o çəkilib getmək istərkən Baş kahin yanında birinci, ikinci, üçüncü rəis və iki kahin olduğu

halda qarşı tərəfdən çıqarlar.



B a ş k a h i n



(Peyğəmbəri göstərir, istehzalı bir tevrlə) 



İştə əngin fəzaların

Qəhrəman nümayəndəsi!

İştə Latü Üzzaların

Böhtançı bir xanəndəsi!



B i r i n c i r ə i s



Görünür bizdən bıqmış da,

Şimdi başqa yol gediyor.

Diriləri bıraqmış da,

Ölülərə vəz ediyor.

İ k i n c i r ə i s



Tuhaf!.. Bən Xəttab oğlunu

Sadiq bilirdim əhdinə.

Hənuz sağ bıraqmış bunu,

Əski keyfindədir yenə.



Ü ç ü n cü r ə i s



Qüsur yoq onda, hər kəscə

Bəllidir ki, o pək cəsur…



(Peyğəmbərə işarətlə) 



Bəlkə hərif sehr etmiş də,

Yalnız ona görünmüyor.



60



P e y ğ ə m b ə r



Sus! Allahın Peyğəmbəri

Pək uzaqdır o işlərdən.

Onun sehridir sözləri

Varmı qarşılıq söyləyən?!



B a ş k a h i n



(son dərəcə qızğın) 



Bilməm niçin sarsılıb da

Göylər yerə dökülmüyor?

Bilməm niçin savrulub da

Şu dünya alt-üst olmuyor?

Ah, o məbudlar ki, bizə

Altın verir, şöhrət verir,

O bütlər ki, ölkəmizə

Həyat verir, qüvvət verir;

Hiç rəvamı dünkü yetim

Onları təhqir etsin də,

Biz kənardan seyr edəlim,

O sağ qalsın yer yüzündə?!



Bu sırada ətrafda qadın, çoluq-çocuq toplaşıb dinlər.



P e y ğ ə m b ə r



Xayır, aldanma, ey zavallı bəşər,

Səncə qalibmi xeyrə fitnəvü şər?

Əlverir qəflət, istəməz tüğyan,

Səni er-gec həlak edər isyan.



(Yerdən bir avuc topraq alıb havaya savurur) Sən nəsin? İştə bir avuc topraq!

Baq, düşün! Kibri at, qüruru bıraq.

Əyri yoldan çəkil, fəsadı unut!

61



Əvət, ancaq düşün də haq yolu tut.



(Məzarları göstərir, qızğın və həyəcanlı) 



Var, səninçin də böylə bir gün var,

Bir gün əldən çıqar şu altınlar.

Həp susar tapdığın sənəmlər, əvət

Yardım etməz güvəndiyin şöhrət.

Həp sönər duyduğun şərəf, iqbal;

Tanrıdan başqa hər nə varsa, xəyal!..



Ü ç ü n c ü r ə i s



Arqadaş, söylənmə artıq

Biz dinləməkdən usandıq.

Vaz keç də sən bu sözlərdən,

Qarşılıq hər nə istərsən:

Altın, riyasət, gözəl qız,

Hər şey verməyə hazırız.

P e y ğ ə m b ə r



Yoqsulluq ən böyük sərvət,

Qarşımda hiçdir rəyasət.

Xayır, istəməm, gözəl qız,

Sevgilim Tanrıdır yalnız.

Çünki ən son pənah odur,

Ona tapanlar qurtulur.

Hətta günəşi sağıma,

Ayı soluma qoysanız;

Fikrimdən dönəməm əsla,

Bir qul yaşarmı Tanrısız?



(Gedəcək olur) 



B a ş k a h i n



Getmə, bir dur, ah, nerəyə?



62



P e y ğ ə m b ə r



Haqq əmrini yetirməyə;

Kim eşitsə nicat bulur.

Kim rədd etsə həlak olur,

Haq sevən arqamca gəlsin;

Korlar qəhr olub əzilsin.



(Saymazca və məğrur adımlarla uzaqlaşır) 



B a ş k a h i n



Ah, şu uğursuz sabei

Yaqar bəni atəş kibi.



(Camaata heyrət və hiddətlə) 



Həp baqar, həp susarsınız,

İsyan etməzmi qanınız?

Məzarlıqda yatanlarla

Yoq sizin fərqiniz əsla.



C a m a a t d a n



– Ah, o xain məhv olmalı!

– Şimdi cəzayı bulmalı!

– Haydı, yoldan çevirməli!

– Susdurmalı, öldürməli!



Qadınlar və çocuqlar yerdən daş parçaları alır, Nəim ilə Topaldan başqa hər kəs gurultu ilə Peyğəmbər getdiyi tərəfə doğru yürür. Eyni zamanda göy gürlər.



T o p a l



Haydı gəl, biz də bərabər gedəlim,

Gəl şu Peyğəmbəri bir seyr edəlim.



63



N ə i m



Fəzlədir bəncə şu yersiz həyəcan,

Nə imiş sanki o bədbəxt insan…



Ş ə m s a



(Nədimə ilə bərabər gəlir) 



Bu nə, yahu, bu nə dəhşət əcəba?

Sarsılır həp təməlindən dünya.



N ə i m



(müstəhzi) 



Göylərin elçisi merac ediyor,

O böyük baş içimizdən gediyor.



Ş ə m s a



Nə demək? Anlamadım, söylə, nə var?

T o p a l



Verdi hər kəs onu edamə qərar.



Göy gurultusu kəsilir.



Ş ə m s a



(Nədiməyə) 



Pək yazıq! Gəl baqalım bir bu nə hal,

Ah, o layiqmi ki, olsun pamal?



(Sürətli adımlarla camaat getdiyi tərəfə gedərlər) N ə i m

64



(istehzalı təbəssümlə Şəmsayə) 



Hiç təlaş etmə, o artıq getdi,

Çünki göylərdəki tufan bitdi.



T o p a l



(qarşı tərəfə baqar) 



Şuna baq!..



N ə i m



Kimdir o?



T o p a l



Xəttab oğlu!



N ə i m



(baqar) 



Nə də qızğın! Gözü al-qanla dolu…

(Kinli baqışlarla gələn Xəttab oğluna)



Bunca hiddət əcəba, söylə, nədən?



X ə t t a b o ğ l u



Onu öldürməyə əzm etdim bən,

Kimə sorsam, buradan keçdi diyor,

Ararım, yoq, görünür sehr ediyor.



N ə i m



(istehzalı təbəssümlə qafasını oynatır) 

65



Onu öldürmə, xayır, başqası var,



(evi göstərir) 



Burda bir zevc ilə bir zevcə yaşar…



X ə t t a b o ğ l u



Şu qadın bəlli, bənim həmşirəm.



N ə i m



İştə Peyğəmbərə onlar məhrəm,

Çıqmıyor hiç birinin gərçi səsi.

Yeni din aşiqidir hər ikisi;

Öncə onlardır, əvət, məhv olacaq…



X ə t t a b o ğ l u



(qılıcını yarıya qədər çəkər, son dərəcə sinirli) Sus, Nəim! Ah, nə diyorsun, bana baq!

Kəbə məbudlarına and olsun,

Doğru çıqmazsa sözün, məhv oldun!

N ə i m



Xayır, əsla; bana layiqmi yalan?



(İstehzalı qəhqəhəylə) 



Şanlı Peyğəmbəri əlan buradan,

Baq, şu evdən çıqıyorkən gördüm.



(Topal ilə bərabər uzaqlaşır)



X ə t t a b o ğ l u



66



(çılğın) 



Ah, ölüm! Onlara dəhşətli ölüm!..



(Qapıyı çalmağa başlar. İçəridən gələn xoş ahəng bir qadın səsidiqqətini cəlb edər, durub dinlər) 



E ş i d i l ə n s ə s



Ulu Tanrı, o görünməz yaradan

Əmr edər yalnız ədalət, ehsan.

O, fəna işləri, föhşiyatı

Nəhy edər, varlığının isbatı

Şu təbiət, şu məhabətli fəza…

Onca birdir: ulu, zəngin, füqəra.



Qapıyı bir daha şiddətlə çalar. Səid ilə rəfiqəsi çıqar. Xəttab qızı əlindəki yazılı bir parça dəriyi həmən qoltuğuna saqlar.



X ə t t a b o ğ l u



(Səidə) 



Bana baq, doğrumu, əcdadımızın

Bıraqıb dinini oldun xain?

(Sükut) 



Niyə susdun, niyə susdun böylə?

Şaşırıb durma, cəvab ver, söylə!



X ə t t a b q ı z ı



Fəzlə israr ediyorsun, yetişir.



X ə t t a b o ğ l u



(Səidə) 



67



Səni zənn etməz idim bunca həqir.



(Qılıc parlar) 



İştə, al!



(Araya girən həmşirəsinin başı yaralanır, fışqıran qan alnını və 

köksünü boyar) 



X ə t t a b q ı z ı



Ah, yaralandım, eyvah!



X ə t t a b o ğ l u



Söylə, həmşirə! Bu söz doğrumu, ah?!



X ə t t a b q ı z ı



Doğru, pək doğru, əvət, Peyğəmbər

Bizcə ən şanlı, böyük bir rəhbər…1

Onun Allahına iman etdik,

Duyğusuz bütlərə isyan etdik.

Qorqumuz yoq, eyi bil, hər ikimiz

Haq için can ilə başdan keçəriz.



(Köksünü açar) 



İştə öldür! Acıdan qurtuluruz,

Qavuşub Tanrıya məsud oluruz.



X ə t t a b o ğ l u



(əvvəlki mətanəti söndüyü halda, həmşirəsinə) Bir taqım ayət oqurdun da dəmin,

Onu göstər bana!



68



X ə t t a b q ı z ı



Olmaz!



X ə t t a b o ğ l u



Bu niçin?



X ə t t a b q ı z ı



Etmədin bəlkə riayət, hörmət.



X ə t t a b o ğ l u



Edərim.



X ə t t a b q ı z ı



And iç!



X ə t t a b o ğ l u



İnan!



X ə t t a b q ı z ı



İştə!

(Yazılı dəri parçasını çıqarıb verir) 



X ə t t a b o ğ l u



Əvət!



(Şaşqın və vurulmuşcasına oqur) 



“Ulu Tanrı, o görünməz yaradan

Əmr edər yalnız ədalət, ehsan.

O, fəna işləri, föhşiyatı

69



Nəhy edər, varlığının isbatı

Şu təbiət, şu məhabətli fəza…

Onca birdir: ulu, zəngin, füqəra”.



(Sarsılmış bir halda) 



Nə ilahi, nə müqəddəs ilham!

Duyduğum yoq şu fəsahətdə kəlam.

Bəni əfv eylə, mələk həmşirəm,

Doğru din… qalmadı əsla şübhəm.



(Həmşirəsini qolları arasına alır və əlindəki məndil ilə 

yarasının qanını silər) 



Yaranı şimdi sarıb bən gedərim,

O böyük dahiyə iman edərim.



(İçəri girərlər) 



Azacıq sonra Peyğəmbər qana boyanmış və başı sarınmış olduğu halda Şəmsa ilə Nədimənin yardımı ilə gəlir.



Ş ə m s a



(Nədiməyə) 



Daha dur, bir qadar etsin rahət.

P e y ğ ə m b ə r



(əlini ağzına götürür, acı bir fəryad ilə)



Dişlərim! Ah, qırılıb oldu səqət.



(Böyük bir daş üzərinə oturur) 



Ş ə m s a



(əlini onun omuzuna qoyaraq) 

70



Ağrıdır, bəlkə bir az sonra keçər,

Ölmədin, iştə bu dünyayə dəyər.



P e y ğ ə m b ə r



Səni pək başqa tanırdım, lakin

Bir mələkdən daha munis qəlbin.

Duyğusuz bütlərə vurğun cühəla

Daha xoşdur sana aciz qul ola.



Ş ə m s a



Latü Üzza səni qurtardı dəmin,

Yenə təhqir ediyorsun, bu niçin?



P e y ğ ə m b ə r



(sinirli) 



Latü Üzzamı? Çəkil, sus, dəf ol!



Ş ə m s a



Uçurum – izlədiyin qorqulu yol.



P e y ğ ə m b ə r



Qorqu yoq, izlədiyim haq yoludur,

Yaradan, öldürən ancaq bir odur.

Hər nə mevcud isə xilqətdə onun,

(Şəmsaya işarətlə) 



Bu gözəllik, bu lətafət də onun.



Ş ə m s a



Bana baq!

71



P e y ğ ə m b ə r



(əlilə rədd edər) 



Haydı, çəkil get, yetişir.



Ş ə m s a



(məğrur və istehzalı təbəssümlə) 



Bir gözəl bunca edilməz təhqir.



P e y ğ ə m b ə r



Bən gözəllərdə gözəl ruh ararım,

Ruhu düşkünləri çirkin sayarım.

Bir gözəl levhə ki, yapmış rəssam,

Daha xoşdur ona məftun olsam.

Tanrı eşqilə yanan haq nuru

Səndə yoq, durma, çəkil get!.. Doğru,

Zahirin xoşsa da bədbatinsin,

Bu gözəlliklə, əvət, çirkinsin.



Ş ə m s a



(pək fəna sarsılır) 



Yoq, bu təhqirə dayanmam əsla.



(Nədiməyə) 



Gedəlim.

P e y ğ ə m b ə r



İştə açıq yol!



Ş ə m s a

72



(hiddət və nifrətlə ətrafa) 



Budala!



(Peyğəmbərə)



İstədim bən səni məsud edəyim,

Duymadın qəlbimi, artıq nə deyim?



P e y ğ ə m b ə r



Bəni haq düşmanı məsud edəməz,

Tanrısız bir qızın eşqində nə həzz?



Ş ə m s a



Düşman olsam da sənin Tanrına bən,

Sana hörmət duyarım, ah, bilsən!



P e y ğ ə m b ə r



(sözünü kəsərək əli ilə rədd edir) 



İstəməm… öylə məhəbbət, hörmət

Doğurur bəndə tükənməz nifrət.



Ş ə m s a



(acı təbəssümlə Peyğəmbərə) 



Nə könül varmış, əvət səndə, nə hiss.



(Nədimə ilə bərabər uzaqlaşır) 

P e y ğ ə m b ə r



Saçların pək uzun, əqlin naqis.



73



Ş ə m s a



(dönər, məğrur və sərt bir baqışla) 



Naqis olsam da kəmalın bəndən,

Varlığın, həm də zəvalın bəndən.



(Gedərlər) 



Hava qararmağa başlar, Mələk nurlar və təbəssümlər içində

Peyğəmbərin qarşısına enər.



M ə l ə k



Ey ulu Tanrı elçisi!

Göydən sana müjdələr var.

Yüksək mələklərin səsi

Həp birdən səni alqışlar.

Mübarək alnında açan

Eşqin qanlı qönçələri;

Çiçəkləndirəcək, inan,

Ən parlaq səhifələri.

Böyük dahilərin payı

Həp olmuş mızraq, qılıc, oq.

Onlardakı fırtınayı

Susdurmaz daş, dikən, yumruq.

Qorqma, söylə! Şəfəq sökər,

Bir gün qaranlıq sıyrılır;

Hər kəs qarşında diz çökər,

Xain silahlar qırılır.

İzlədiyin pənbə yıldız

Issız bir hiçlikdən gülər.

Səndən insanlara yalnız

Sevgili, tatlı busələr.



(Çəkilir) 

İ s k e l e t



74



(boş məzardan çıqar, qorqunc və istehzalı qəhqəhələrlə) Busə, həp busə! İştə şeirü xəyal,

Busə, həp busə! Daima bu sual?!

Busə pək tatlıdır mələklər için,

Sevgi xoşdur duyan yürəklər için.

Busədən həzz edərmi bir qaplan?

Sevgi anlarmı hiç zəhərli yılan?

Qaniçən, kinli, möhtəris qartal

Kirli dırnaqlarilə bulsa məcal,

Qoparıb parçalar, didər, əsəbi




Конец ознакомительного фрагмента.


Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68386324) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.


