Seçilmiş əsərləri
Mirzə Fətəli Axundzadə


Kitaba Mirzə Fətəli Məhəmmədtağı oğlu Axundovun (Axundzadə – 1812 Nuxa/Şəki – 1878 Tiflis – Azərbaycan yazıçı-dramaturqu, materialist filosofu, ictimai xadim, Azərbaycan dramaturgiyasının banisi) nəsr əsərləri, şeirləri, dramları və məqalələri daxil edilmişdir.






Mirzə Fətəli Axundzadə



A L D A N M I Ş K Ə V A K İ B



S E Ç İ L M İ Ş 

Ə S Ə R L Ə R İ 



Bakı – 2018



1



Mirzə Fətəli Axundzadə

Seçilmiş əsərləri – A L D A N M I Ş K Ə V A K İ B



Kitab Klubu, 2018, 430 səh.

Kitaba Mirzə Fətəli Məhəmmədtağı oğlu Axundovun (Axundzadə – 1812 Nuxa/Şəki – 1878 Tiflis – Azərbaycan yazıçı-dramaturqu, materialist filosofu, ictimai xadim, Azərbaycan dramaturgiyasının banisi) nəsr əsərləri, şeirləri, dramları və məqalələri daxil edilmişdir.



Kitabı bu nömrələrə zəng etməklə əldə edə bilərsiniz

•

www.kitabklubu.org (012) 4898469, (050) 4049113

•

Zəka Kitab Evi (012) 5990154, (050) 5190454



ISBN 978-9952-8260-4-3



© Kitab Klubu, 2018

2



NƏSR ƏSƏRLƏRİ 



3

ALDANMIŞ KƏVAKİB

( H E K A Y Ə T İ – Y U S İ F Ş A H )

Səfəviyyənin Əvaili-səltənətində1 Qəzvin paytəxt idi.

Hadisati-mütənəbbiənin vüquundan sonra Məhəmməd şah Səfəvi səltənəti öz oğlu Şah Abbasi-əvvələ təslim etdi. Şah Abbasın cülusundan altı il keçib, yeddimci il başlanmışdı ki, aşağıda zikr olunan qəziyyə vaqe oldu.

Baharın əvvəli idi; novruzdan üç gün keçmişdi; Şah Abbas günortadan üç saat keçmiş qəsrdə öz məhbubəsi Səlma xatun ilə oturub söhbətə məşğul idi ki, xacəbaşı xacə Mübarək içəri girib, kürnuş edib ərz elədi ki:

– Münəccimbaşı – Mirzə Sədrəddin qibleyi-aləmin ziyarətinə müşərrəf olmaq istəyir, bir vacibi işdən ötrü.

Şah Səlma xatuna işarə etdi ki, hərəmxanaya getsin və

xacəyə buyurdu ki:

– Mirzə Sədrəddini çağır gəlsin!

Münəccimbaşı şahın hüzuruna daxil olub kürnuşdan sonra əl-əl üstə qabaqda durub, dua və səna etdi.

Şah soruşdu ki:

– Mirzə nə var?

Münəccimbaşı ərz elədi ki:

– Qibleyi-aləm sağ olsun, bu övqat kəvakibin seyrindən belə məlum olur ki, novruzdan on beş gün keçmiş Mərrixin Əqrəb ilə iqtiranı vaqe olacaq və bu qirani nəhseynin təsiri budur ki, məşri-zəmində və bittərcih mülki-İranda sahibi-səltənətin vücuduna sədəmeyi-üzma yetişəcəkdir. Buna binaən mən ki, asitaneyi-səniyyənin müxlis və cansipar bəndəsiyəm, özümə vacib bildim ki, bu keyfiyyəti piş-əzhadisə qibleyi-aləmə məruz edim.

Şah bu vaxt çox cavan idi. Ömründən ancaq iyirmi iki il keçmişdi. Məlumdur ki, bu sinndə həyat necə şirin və əzizdir.

Xüsusən ki, dərəceyi-ülyada və təxti-səltənətin üstündə! Bu səbəbə münəccimbaşının xəbəri şahi-cavanı qayətdə dəhşəti-1 Səfəvi dövlətində

4

üzmaya saldı. Haman saat rəngi qaçıb, guya ki, bihuş oldu. Bir dəqiqədən sonra başın qaldırıb Mirzə Sədrəddinə buyurdu ki:

– Xub, mürəxxəssən, get!

Münəccimbaşı kürnuş edib qayıtdı. Şah yalqız qəsrdə yarım saat fikrə piçidə olub, sonra xacə Mübarəki avaz etdi. Xacə

hüzura daxil olduqda buyurdu ki:

– Fərraş göndər, bu saatda vəzir Mirzə Möhsünü və sərdar Zaman xanı və müstövfi Mirzə Yəhyanı və mollabaşı Axund Səmədi mənim hüzuruma çağırsın!

Xacə çıxıb bir az vaxtdan sonra ehzar olunan əşxas gəldilər və lazimeyi-təzim əmələ gətirib müntəziri-fərmayiş oldular.

Şah bu- yurdu ki:

– Sizi bir əmrdən ötrü məsləhətə çağırmışam, gərək haman xüsusda bir tədbir göstərəsiniz. Çünki bu məclisi-xasdır, ona binaən mənim tərəfimdən icazət olunur ki, oturasınız.

Əşxas fərmayişi əmələ gətirdilər. Şah münəccimbaşının xəbərini ilqa etdikdən sonra buyurdu ki:

– Aya sizin rəyinizə görə mən nə qismi tədbir ilə bu hadisəni öz vücudumdan dəf edə bilərəm?

Həzərat cümləsi heyran qaldılar. Bir dəqiqə sükutdan sonra vəzir Mirzə Möhsün başladı danışmağa:

– Bu bəndeyi-kəminənin ixlası dövləti-əliyyəyə nisbət bədi-hiyyatdandır. Əlbəttə, qibleyi-aləmin xatirindədir ki, pədəri-büzurgüvarlarının əyyami-səltənətində bir para naqisüləql kimsənələrin vəzarətə mübaşirəti olmaq səbəbilə xəzineyi-amirə nə mərtəbədə nüquddan xali olmuşdu5. Bu keyfiyyətə

hali olduqda mən tədbirinə iqdam etdim və qərar qoydum ki, çakərani-dərgahdan hər kimsə ki, bir şüğlə və ya bir vilayətin hökümətinə mənsub olsa, fəraxuri-halına görə bir məbləğ

berəsmi-peşkəş xəzinəyə təslim etsin və əlavə hər zaman ki, qibleyi-aləm bir əmirin kaşanəsini təşrifi-qüdumu ilə mübarək etsə, sahibi-kaşana əqmişeyi-nəfisə payəndaz və bir miqdar pul peşkəş eləsin. Bu növ tədbirin vasitəsilə indi ki, qibleyi-aləmin cülusunun yeddimci ilidir, xəzineyi-amirə əlhəmdü lillahi-vəlminnə, nüqudi-vafirədən malamaldır. Ümuri-vəzarətin pişrəftində bəndeyi-kəminə tərəfindən bitəcrübəlik qeyri-5

mütəsəvvirdir, amma kəvakibin müğabilində tədbir göstərməyə

əlhəq acizəm.

Bundan sonra sərdar Zaman xan şüru elədi:

– Bu çakəri-xalis, saqqalımın tükünü dövləti-əliyənin xədə-matında ixlas və hünər ilə ağartmışam. Məsələn, on il bundan əqdəm ki, taifeyi-Osmaniyyə Bəkir paşa Dəmirçioğlunun sər-əskərliyi ilə yetmiş min nəfərə qərib xaki-İranə hücum gətirməyə müsəmməm olmuşdular: qibleyi-aləmin pədəri-büzurgüvarı İran qoşununun sərdarlığını mənə vagüzar etdi.

Əgərçi bizim qoşunumuz da hesab və ədəddə taifeyi-Osmaniyyədən kəm deyildi, nəhayət, mənim heyfim gəldi ki, firqeyi-naciyyənin qoşunun küruhi-zallənin müqabilində tələfə

verdirim. Ona binaən əmr etdim ki, Osmaniyyə sərhəddindən ta nəhayəti-mülki-Azərbaycan tamam dəhaqinin ziraətini xarab etsinlər və çarpalarını qovub gətirsinlər. Körpüləri dağıtsınlar və yolları pozsunlar. Vəqta ki, Bəkir paşa sərhəddimizə daxil oldu, əgərçi müqabilində bizim qoşundan bir nəfər görmədi, amma yollar bir mərtəbədə xərab olunmuşdur ki, əsla özü ilə

topxana gətirməyə qadir olmuyub, ancaq atlı və piyadəsilə

ənvai-zəhmətdə Təbrizə varid oldu və hər tərəfə dəstə göndərib zəxirə təhsilinə iqdam etdi. Əlinə bir həbbə və bir öküz və

qoyun düşmədi. Naçar üç gündən sonra üftan və xizan ac və

əfsürdə Təbrizdən kusi-rehlət döyüb qaçdı.

Bu tədbir ilə mülki-İran taifeyi-biganənin hücumundan məhfuz qaldı. Yolları pozmaq və körpüləri yıxmaq bir mərtəbədə tədbiri-müfid göründü ki, dövləti əliyyə Bəkir paşa qaçandan sonra dəxi belə səlah gördü ki, onları həmişə bu qərarda baqi qoysun, dübarə taifeyi-biganənin hücum gətirmək ehtiyatı ilə. Bu təriq ilə dövləti-əliyyənin qoşunundan bir nəfərinin dəxi burnu qanamayıb, əsakiri-mənsurənin cümləsi həmsayə düşmənlərin vəhşəti üçün salim qaldı.

Belə işlər xüsusunda asitaneyi-əliyyənin qoca iti tədbir göstərməkdən aciz deyil! Amma kəvakib ilə müxalifət etməkdə əqlim hər bir əlacdan qasir görünür…

Şahın vəhşəti qayətdə ziyadələnməyə başladı. Sonra müs-6

tövfi Mirzə Yəhya təkəllümə gəldi:

– Bu bəndeyi-həqir vəzirin əqrəbi və dəst-pərvərdəsi olduğum səbəbə və onun vücudu vasitəsilə bu mənsəbə yetiş-diyimə görə, ixlas və sədaqət göstərməkdə bilkülliyyə onun niyyəti-həsənəsinə və qaydasına peyrəvilik etmişəm. Müşəxxəsdir ki, qoşunun və əvasiti-sahibmənsəbanın məvacibi qibleyi-aləmin fərmanı mucibincə və mənim imzam ilə

vilayətlərin mədaxilindən həvalət olunur. Çünki xəzinəyi-amirədə nüquddan nöqsan görsənmişdi, necə ki, vəzir zikr elədi, ona binaən mən bu cəhətdən qayətdə diləfsürdə idim.

Əgərçi mən fəramini-məvacibi imza edib vilayətlərə həvalə

etmişəm ki, məvaciblərin qəti ilə dövləti-əliyyə xalqın nəzərində bietibar görünməsin; amma məxfi hər bir vilayət hakiminə piş əz-vəqt məktub göndərmişəm ki, mənim tərəfımdən cüdaganə nəviştə olmamış məhz fərman mucibilə

məvacib icra etməkdən etiraz etsinlər. Həmin tədbir səbəbilə

xəzineyi-amirənin mədaxili çox təzayüd behəm edibdir və

qoşun xalqı və sahibmənsəblər əgərçi bivüsuli-məvacib qalıblar, amma sülh və asayiş zamanı olmaq səbəbilə və İranın kəmali ucuzluğuna görə, məvacibə ziyadə möhtac olmayıblar.

Belə işlər xüsusunda mənim zehni-dəqiqim-yədi-beyza göstərir; lakin kəvakibin təsirini rədd etmək üçün, doğrusu, heç bir çarəyə əqlim çatmır…

Növbət yetişdi mollabaşıya, təqrir elədi;

– Cənab əqdəsi-ilahi qibleyi-aləmin vücudi-mübarəkini əim-meyi-əthar hörmətinə cəmin-afati səmavidən və ərzindən məhfuz etsin! Bu daiyi-dəvami-dövləti-qahirənin ixlas və səda-qəti, silsileyi-cəlileyi-Səfəviyyəyə nisbət tövsifdən xaricdir.

Qibleyi-aləmin pədəri-büzürgüvarları zamanında mənsəbi-mollabaşılığa sərəfraz olduğumda nisfi-İran, hətta payitəxtin yarısı dəxi sünni məzhəb idi. Əvvələn, məvaizi-həsənə və

saniyən, təxvifati-kəsirə səbəbilə tamam sünni məzhəbləri rahi-rasti-məzhəbi-isna əşə- riyyəyə hidayət etmişəm.

İndi Allahın kərəmindən səfheyi-İranda beş-altı nəfərdən ziyadə sünni tapılmaz. Bu xüsusda İran xalqından dəxi kəmali-rizaməndliyim var ki, bəmücərrədi-təklif qədimi ata və babala-7

rının məzhəblərindən əl çəkib hidayətə rağib oldular.

Hətta mən istədim ki, cühudlara və ermənilərə dəxi əl qatıb oları da şiə məzhəbinə döndərim, amma bir para xeyrəndiş

kimsənələr məsləhət görmədilər ki, lüzumi yoxdur. Çünki hər torpaqda cühuddan və ermənidən bir az var, bizim torpağı-mızda dəxi bir az olmaqları məsləhətdir.

Əlavə, müşəxxəsdir ki, əimmeyi-ətharın əhadisi-sərihəsi mucibincə islam mülkündə təxtə və taca malik olan kimsənə

zati-şərif və vacibüttaət məhsub olunmaz. Zira ki, bu dərəceyi-aliyə imama və ya onun naibi müctəhidi-ələmə mütəəlləqdir.

Ona binaən mən cəmi xütəbaya hökm yazdım ki, tamam vilayətlərin mənabirində xalqa elan etsinlər ki, haman əhadisin silsileyi-Səfəviyəyə şümulu yoxdur. Zira ki, xanədani-nübüvvətdən və dudimani-imamətdən zühur ediblər və vazehdir ki, əimmə haman əhadisi qeyrilərinin haqqında buyur-muşlar, nə öz övladlarının.

Bu övqat ki, qibleyi-aləmin vücudu təsiri-kəvakibdən məhəlli-xətərdədir, mənim ürəyim qüssədən, tabadakı balıq kimi büryan olur və qasir əqlimə belə yetişir ki, o məlun münəccimbaşınm özü bu işin çarəsini bizdən artıq bilir. O, qibleyi-aləmə xəyanət edibdir ki, kəvakibin təsirini bildirib, dəfinin əlacını izhar etməyibdir, əlbəttə, bir xəbis fikrə görə

necə ola bilər ki, zəhri göstərə, padzəhri göstərməkdən özünü kənar çəkə?

Peyğəmbər sələvatüllahi-əleyh buyurubdur ki: “küllü mü-nəccimin kəzzab!”2 Bu hədsi mən onların və əhvalına isnad edirəm, nə elmlərinə. Çünki o məlunların əxbarı əksər övqat nəticə bağışlayır, amma özləri yalançı və bədzatdırlar!

Qibleyi-aləm onun özünü çağırsın, bu hadisənin dəfi üçün onun özündən əlac istəsin. Əgər üzr gətirsə, boynunu vur-dursun.

Mollabaşının münəccimbaşı ilə ədavəti-sabiqəsi var idi. Bu keyfiyyət onun üçün çox yaxşı vəsilə göründü ki, onun və sair münəccimlərin guri-pədərini yandırsm.

Əlhəq, münəccimbaşı dəxi görünür ki, çox əhməq imiş. Nə



2 Bütün münəccimlər yalançıdır

8

lazım olmuşdu ki, belə vəhşətli xəbəri şaha verib bu qalmaqala səbəb ola və özün dəxi həlakətə sala?..

Münəccimbaşıya əvaxirdə bu bəhsi varid edirdilər, cavab verirdi ki:

– Mən qorxdum ki, əgər bu xəbəri şaha əqdəm yetirməsəm, özgə münəccimlər onu yetirərlər; mən şahın nəzərində xəri-nadan qələ- minə gedərəm, mənsəbdən məzul ollam.

Behər surət, şahın münəccimbaşıdan haman namübarək xəbərə görə zəhləsi getmişdi. Mollabaşının təhriki olmamış da bu halda kəmali-qeyz ona üz verib, xacə Mübarəki qaim sövt ilə səda etdi. Xacə hazır olduqda, buyurdu ki:

– Bu saat fərraş göndər, münəccimbaşını mənim hüzuruma gətirsin!

Xacə qayıdıb, bir saatdan sonra münəccimbaşı hazır oldu.

Şah qəzəblənmiş aslan kimi dizi üstə çöküb xitab etdi:

– Pədərsüxtə, kəvakibin afətindən məni qorxudarsan və

əlacını gizlərsən?! Cəllad!

Türfətül-eyndə cəlladi-mühib belində xəncər, əlində tənab içəri girdi. Biçarə münəccimbaşının ərvahı uçub başladı yarpaq kimi titrəməyə. Şah cəllada buyurdu ki:

– Apar bu səgin bu saatda boynunu vur!

– Sərdar Zaman xan əgərçi əhli-şəmşir idi, amma çox rəqiqülqəlb adam idi, münəccimbaşının halına tərəhhüm edib ayağa durdu, ərz eldəi ki:

– Təsaddüqün olum, bu səgin boynu vurulandan sonra hadisənin dəfi üçün kimdən əlac soruşacağıq? Bu bəndeyi-zəlil, istida edirəm ki, mənim saqqalımın ağ tükləri hörmətinə

onun qətlindən güzəşt edib, hadisənin əlacı xüsusunda ondan tədbir soruşasınız. Əgər müvafiqi-xahiş cavab verməsə, o vaxt müqəssir və müstövcibül-qətldir.

Şah cəllada buyurdu ki:

– Onu qoy get!

Sonra münəccimbaşıya rücu edib dedi ki:

– Məlun, bu saatda hadisənin dəfinə əlac göstər!

Biçarə münəccimbaşı yaman halda idi. Hadisənin dəfinə

heç bir əlac bilməyirdi. Amma ölüm qorxusundan izharına iqdam edə bilmədi; ərz elədi ki:



9

– Təsəddüqün olum, hadisənin əlacı mümkündür. Mənə bir saat möhlət verin, gedim “Zici-Uluğ bəy”ə mülahizə edim, qayıdım ərz eləyim.

“Zici-uluğ bəy”də hərgiz bu növ hadisələrin dəfi üçün bir şey mərqum deyil, amma münəccimbaşı istədi ki, bu bəhanə

ilə özünü ustadı mövlana Cəmaləddinin yanına salsın və ondan məşvərət soruşsun; çünki onu nücum elmində özündən artıq təcrübəli bilirdi.

Şah rüxsət verdi. Münəccimbaşı çıxmamış xacə Mübarək içəri girib ərz elədi ki:

– Mövlana Cəmaləddin hüzuri-mübarəkə müşərrəf olmaq istəyir.

Şah buyurdu:

– Çağır gəlsin!

Münəccimbaşıya dedi ki:

– Bir az hüzurda qal!

Mövlana otağa daxil olub şaha lazimeyi-sitayiş əmələ

gətirdi. Şahm işarəsilə oturub ərz elədi ki:

– Qibleyi-aləm sağ olsun, əgərçi bu bəndə pirlik səbəbilə

dərxanədən kənar olub guşəgirlik ixtiyar etmişəm, lakin bu övqat, yəni novruzdan on beş gün keçmiş Mərrixin Əqrəb ilə

iqtiran etmələrindən qibleyi-aləmin zati-mübarəkinə ehtimali-sədəmeyi-üzma olduğu üçün vacibatdan bildim ki, hüzuri-pürnura şərəfyab olub, piş-əz-vəqt hadisəni elan edib, dəfinə

tədbir göstərim. Bu xatirə ki, məbada bu keyfiyyət cavan münəccimlərin bəsirətindən məxfi qala!

Şah nəhayətdə xoşhal olub buyurdu ki:

– Mövlana, biz elə o xüsusda göftgu edirdik. Hadisə

məlumdur. Tədbirini izhar edin.

Mövlana ərz elədi ki:

– Qibleyi-aləm bu əyyami-nühusətdə, yəni novruzdan on beş gün keçənədək gərək özünü səltənətdən xəl edə və təxtü-tacı təslim eyliyə bir mücrim və vacibül-qətl kimsənəyə və özü xəlqin nəzərindən napədid ola. O surətdə kəvakibin təsiri haman mücrimin başında çatlayacaq; çünki o vaxt İran padşahı odur.

Elə ki, hadisə vaqe olur və o mücrim ki, sahibi-təxtü tacdır, 10

həlakətə yetişir, o zaman qibleyi-aləm ixtifadan çıxıb genə

təxtü-taca malik olur və kəmali-iqbal və afiyətdə səltənət edər.

Amma gərək xəlqdən bir kimsənə bu tədbiri bilmiyə və

zənn etmiyə ki, qibleyi-aləm ariyətən təxtü-tacdan əl çəkir: ta ki, haman mücrimi ki, təxtə çıxacaqdır, müstəqillən padşah bilələr və gərək hərəmxanə xatunlarının da təlağı verilib kəbin kağızları yırtılva. Sonra olara təklif oluna ki, Abbas Məhəmməd oğluna ki, dəxi padişah deyil və bir fərddir, əfradi-nasdan dübarə mənkuhə olub fəqr və qənaətə razı olurlarmı? Hər birisi ki, razı olsa, ona dübarə Abbas Məhəmməd oğluna nikah oxuna və kəbin kağızı yazıla və hər biri ki, razı olmasa, haman saat buraxıla…

Münəccimbaşı məhləkədən qurtardı. Şahın bəşərəsindən bilkülliyyə qorxu əsəri rəf oldu. Rəngi ağarımş ikən qırmı-zılığa təbdil tapdı.

Əfradi-məclisdən mövlananın əql və kəmalına afərin sədası səqfə bülənd oldu. Şah bəşaşət ilə mollabaşıya mütəvəcceh olub sual etdi ki:

– Əhkami-şərə mutabiq bir qayətdə mücrim və vacibülqətl kim- sənə nəzərdə varmı ki, səltənəti və təxtü-tacı ona vagüzar edək?

Mollabaşı cavab verdi ki:

– Pərvərdigari-aləm qibleyi-aləmə ömri-təbii kəramət etsin.

Bu şəhri-Qəzvində bir nəfər nabəkar peyda olubdur ki, cəmi-ruyi-zəmində ondan mücrimtər və qətlə müstəhəq bir kimsənə

tapılmaz; adına Yusif Sərrac deyirlər. Məlum deyil ki, harada tərbiyət tapıbdır. Ancaq bu övqat şəhri-Qəzvində sakin olduğu üçün əcamir və övbaşdan özünə mürid cəm edib, həmişə

üləmayi-giramın və xüddami-şəriəti-qərranın zərbinə və zəm-minə zəbangüşadır.

Bu məlun həmişə öz müridlərinə sərahətən zikr edir ki, guya üləmayi-giram əvamə firib verirlər. Məsələn, onun əqidəsilə, guya ictihad lazım deyil və xüms və imam malı vermək xilafdır və guya üləma fövt olan müctəhidin rəyində

qalmağı o cəhətdən əvama caiz görmürlər ki, özlərinin bazarı rəvac olsun. Və bundan əlavə, dövləti-əliyyəyə dəxi bəhslər 11

varid edir, deyir ki, kətxudadan tutmuş padşa- hadək küll ərbabi-mənasib əhli-zələmə və qüttaüttəriqdirlər, mülk və millətə hərgiz bulardan bir mənfəət aid deyil, həmişə öz həvai-nəfsləri ilə biçarə xalqı cərimə və müaxizə və müaqəb edirlər, öz rəftarlarında heç bir qanun və qaydaya mütəməssik deyillər, bu gunə rəftar ancaq əhli-zülmün və qüttaüttəriqlərin əməlidir.

Və dəxi zikr edirlər ki, məzhəbi-tənasüxə qaildir.

Bu daiyi-dəvami-dövləti-qahirə belə səlah görürəm ki, qibleyi- aləm səltənəti və təxtü-tacı bu məluna təslim etsin ki, kəvakibin təsirindən öz cəzasına yetişib dərəki-əsfələ vasil olsun.

Əfradi-məclis küllən bu rəyi təsdiq edib qaim sövt ilə

dedilər ki:

– Yusif Sərrac pədərsüxtə bilkülliyə qətlə səvar və bəlayi-asima- niyə müstəhəqdir.

Şah xoşhal olub buyurdu ki:

– Razıyam onun həlakına! Sabah bu tədbir tamam və kamal mücra olunacaqdır.

Əfradi-məclisi mürəxxəs etdi. Məclis dağıldı.

Olur ki, xanəndələr bu güzarişin vüquunda şübhə edib onu kizbə həml edələr; bu surətdə mən olardan təvəqqə edirəm ki,

“Tarixi-Aləm-Ara”da Şah Abbasın cülusunun yeddinci ilində

sadir olan vəqayiə mülahizə etsinlər.

İndi bizə lazımdır ki, Yusif Sərracı tanıdaq ki, kimdir?

Şəxsi-məzkur Qəzvinin qəryələrindən Kərbəlayı Səlim adlı bir dehqanın oğlu idi. Çünki Kərbəlayı Səlim bir mömin və

müttəqi adam idi, istədi ki, oğlu molla olub üləma silkinə daxil olsun. Ona binaən onu uşaq ikən gətirib şəhri-Qəzvində mək-təbə qoydu. Bir neçə ildən sonra Yusif Sərrac ki, həddi-büluğa yetişib, asari-rüşd özündə mülahizə elədi, təhsili-elm üçün İsfahana getdi. Oradan dəxi bir neçə ildən sonra Kərbəlaya rəvanə olub, böyük alimlərin məclisində təkmili-ülumə şüru etdi.

Müddəti-mədid orada məks edib tamam ülumi-islamiyyəyə

vaqif oldu. Çünki üləmanın əksəri-ümurda təqəllübünü müşahidə edirdi, ona binaən bu sinfə nifrət bəhəm edib, istəmədi ki, özünü oların zümrəsinə daxil etsin.

12

Kərbəladan qayıdıb varid oldu Həmədana; orda usta Xəlilin yanında qırx yaşında ikən sərraclıq sənətini bir il müddətində

öyrənib Qəzvinə müraciət etdi. Zira ki, bu şəhər paytaxt olduğu üçün onun sənətinin rəvacı burada artıq görünürdü.

Qəzvinə varid olandan sonra təəhhül ixtiyar edib dükan açdı, öz kəsbi ilə özünü və əyalını saxlamağa məşğul oldu.

Çünki bir mərdi-səlimünnəfs və nikukar idi, həmişə üləmanın və ərbabi-mənasibin hərəkəti-naşayistəsi onun xatirinə

toxunub, oların zəmmindən və zərbindən dilini saxlamağa qadir ola bilmirdi. Əgərçi bu növ cangüdazlıq ona sadiq və

xeyrəndiş dostlar bəhəm etdi, nəhayət, axırda bədbəxtliyinə

bais oldu.

Sabahı gün şahın buyruğu ilə günortaya iki saat qalmış

tamam əyan və əşraf və ərkani-dövlət və üləma və sadat və

cümlə ərbabi-mənasib, kətxudadan tutmuş vüzəraya dək dərbari-şahidə hazır olub, hər kəs öz yerində durub kəmali-sükut və biistehzarlıq ilə şahın hüzuruna müntəzir idilər. Bu halda şah başında tac və əlində cəvahir nişan toppuz, qolunda cəvahir bazubəndlər, belində kəmər və şəmşiri-mürəssə zahir olub dərbar otağında ki, bir arşın yerdən rüfətli və xalqa baxan tərəfi bilmərrə açıq və bihaildi, təxtə çıxıb oturdu və üzün hüzzari-dərbara tutub xitab elədi:

– Cəmaət, imdi yeddimci sənədir ki, mən cənabi-əqdəsi-ilahinin məşiyyəti ilə sizə padişaham və bəqədri-imkan sizin hər birinizə nəvaziş və mərhəmət göstərmişəm və sizdən dəxi çox razı və xoşnudam; çünki Səfəviyyə ocağına olan iradət səbəbi ilə həmişə mənə ixlas və sədaqət göstəribsiniz.

İndi bir para səbəblərə görə ki, kəşfini mən sizə lazım görmürəm, mən məcburam ki, səltənətdən əl çəkib təxtü-tacı bir kimsənəyə vagüzar edim ki, bu rütbəyə məndən əlhəq və

şayistədir. Haman şəxsi mollabaşı və sərdar Zaman xan və

vəzir və müstövfi və mövlana Cəmaləddin və münəccimbaşı sizə göstərcəklər. Gərək küllən gedib kəmali-şükuh və təntənə

ilə onu gətirib, bu təxtin üstündə oturdub, müstəqillən özünüzə

padişah biləsiniz. Vay o kimsənin halına ki, mənim fərmayi-13

şimdən təxəllüf edib, o şəxsin itaətində qüsur göstərə!

Şah bu sözləri tamam edib, tacı başından götürüb təxtin üstünə qoydu və tamam libasi-faxirini soyunub, şəmşir və

kəmərini açıb, bir mündəris libas əyninə geydi və xalqa mütəvvəcceh olub dedi ki:

– İndi mən əfradi-nasdən bir mərdi-fəqirəm: Abbas Məhəmməd oğlu. Dəxi məni axtarmayın ki, görə bilməzsiniz!

Xudahafiz! – deyib, təxtdən düşüb hərəmxanaya rəvanə oldu.

Hüzzari-məclis heyran qaldılar. Bilmədilər ki, bu keyfiyyəti nəyə həml etsinlər…

Hərəmxanədə cümlə hərəmlər şahın fərmayişi ilə bir otağa hazır olub qüdumuna müntəzir idilər. Şah mündəris libasda haman otağa daxil oldu. Xubani-hərəm onu bu heyətdə

görəndə az qaldılar qəhqəhə etsinlər, amma şahın mühib baxışı və qaşqabağı olara bu hərəkətdən mane oldu. Şah haman saat xacə Mübarəkə buyurdu ki:

– Molla Rəsulu özünün iki yoldaşı ilə hüzura gətir!

Mollalar dişqarıda piş-əz-vəqt hazır olmuşdular. Hüzura daxil olduqda şah oturmağı işarə etdi. Sonra üzün hərəmlərə

tutub xitab elədi:

– Mənim

əziz həmfiraşlarım! Mən kəmali-əfsus ilə

məcburam ki, bir yaman xəbər sizə elam edim. Sizə məlum olsun ki, indi mən dəxi İranın padişahı deyiləm, dəxi mənim imarətim və dövlətim yoxdur ki, sizi zinət və zivərdə və alişan otaqlarda saxlıyam. Mən əfradi-nasdan bir fəqir və biçiz kimsənəyəm. Ona binaən labüddəm ki, sizin təlağınızı verib cümlənizi azad edim ki, hər kəsə meyliniz olsa, onu ixtiyar edəsiniz.

Sonra üzün Molla Rəsula tutub buyurdu ki:

– Buların siğeyi-təlaqlarını cari eylə!

Molla Rəsul hamısının təlağını

yanındakı ədleyn

hüzurunda oxudu.

Xubani-hərəm gördülər ki, bir qəribə iş üz verdi, çox xövfə

və iztiraba düşdülər, heç keyfiyyətdən hali olmadıqları üçün bilmədilər ki, bu necə qəziyyədir. Cümləsi heyran qaldı…

Təlaq tamam olduqda şahın buyruğu ilə oların kəbin kağızlarını xacə Mübarək yırtdı. Şah dübarə xubani-hərəmə

14

mütəvəcceh olub dedi ki:

– Əgər sizdən hər biriniz fəqrə və qənaətə razı olub, məni, yəni Abbas Məhəmməd oğlunu ərliyə qəbul edirsə, təzədən bu ibarət ilə ona siğeyi-nikah oxutdurram.

Hərəmlərin küllisi təzədən razı oldular ki, şaha mənkuhə

olsunlar; çünki şah çox cavan və göyçək oğlan idi və bir də

hərəmlər bu əmri zarafat kiml bir şey qiyas edirdilər və hərgiz əqillərinə çatmırdı ki, Şah Abbas qəflətən bir Abbas Məhəmməd oğlu ola. Amma oların cümləsindən iki nəfər dilbəri-xubru ki, xilafi-rizaları ilə şahın hərəmxanəsinə düşmüşdülər, qayət şərm ilə və ahəstə səslə ərz etdilər ki:

– Biz padişaha mənkuhə olmuşduq və öz bəxtimizdən və

dərəcəmizdən çox xoşnud idik; bu bəxtəvərlikdən mərhum olduq, Abbas Məhəmməd oğluna ərə getməyi qəbul etmirik.

Haman saat bu iki nəfər mürəxxəs olundu. Oların birisi gürcü qızı idi ki, Gürcüstan valisi şaha peşkəş göndərmişdi; haman günün sabahısı öz əmisi oğlu ilə tamam cəvahiratın və

məlbusatın götürüb, ziyadə pul ilə vətəninə müraciət etdi.

Gürcüstanda onun nəqlinə bavər etməiyb belə fərz edirdilər ki, guya o qaçıbdır və istəyirdilər ki, onu geri qaytarsınlar.

Amma bilmirəm ki, nə əmr vaqe oldu ki, onu unutdular və bu qız bir cavan gürcüyə ərə gedib axır ömrünədək Gürcüstanda qaldı.

O birisi dilbər Qəzvin əhlindən bir tacirin qızı və bir cavan və xoşru oğlana namzəd idi. Xubru olmaq üçün qəflətən şahın dəllallarının çuğulçuluğu ilə atasından mütalibə olunub şahın hərəmxanəsinə daxil olmuşdu; zikr olunan keyfiyyəti öz arzusuna yetişməyə vəsilə bilib atası evinə qayıtdı və namizədinə vasil oldu.

Sair hərəmlərin nikahı mücəddədən Abbas Məhəmməd oğluna oxunub xacə Mübarəkə əmr olundu ki, cümləsini haman saat Qəzvinin altıncı küçəsinin başında müəyyən olunan bir evə piyadə götürüb yetirsin, özü dərbari-şahiyə

qayıtsın. Sonra Abbas Məhəmməd oğlu hərəmxanədən çıxıb uzaqlaşdı, napədid oldu.

Yusif Sərracın dükanı şah məscidinin meydanının məşriq 15

səmtində vaqe idi. Günortadan iki saat keçmişdi. Yusif Sərrac fərizeyi-zöhrü əda edib, oturub, əlində bir cilovu tikib tamam edirdi, çünki müştəri tapşırmışdı ki, gərək o gün hazır ola.

Yanında dostlarından iki nəfər dəxi var idi ki, onun söhbətinə

qulaq asırdılar. Yusif Sərrac bahalıqdan şikayət edirdi ki, biçarə fəqir kəslər haman il çox iztiraba düşmüşdülər; çünki keçən il nəhayətdə quraqlıq olmaq səbəbilə və Qəzvinin ətrafında suyun qilləti cəhətilə əksəri-məhsulat yanıb əmələ

gəlməmişdi. Bu keyfiyyət bahalığa bais olmuşdu. Yusif Sərrac deyirdi:

– Təəccüb edirəm bu dövlətdən ki, Qəzvinə su çıxarmaq üçün həzar günə istitaət qüdrəti var, amma belə qəflətdədir ki, əsla bu əmrə mültəfit olmayıb öz rəayasının halına və

paytəxtinin rövnəqinə təvəccöh etmir.

Bu halda meydanm məğrib səmtindən bulud kimi toz qalxdı. Yusif Səarac iynəsi əlində başın yuxarı qovzadı, gördü ki, bir əsas peyda oldu və əsla xəyalından keçirmədi ki bu əsas və tədarük onun üçündür.

Qabaqda on iki şatır qıvraq geyinmiş, çəharguşə börk başlarında, onların dalısınca on iki ələmdar əlvan ələmlər əllərində, sonra dəsteyi-pişxidmətan ki, birisinin başında bir məcməi var idi. Dəstəyi-fərraş, əllərində ağac, onların əqə-bində miraxur yedəyində bir turkmən atı; cəvahir nişan yəhər və əsbab üstündə, mürəssə rəxt başında, mirvarid sinəbənd döşündə, zümrüd qotaz boynunda.

Bunlardan sonra mollabaşı və sərdar Zaman xan, vəzir və

müstövfü və mövlana Cəmaləddin və münəccimbaşı, üləmayi-giram və sadati-üzam və sair əyan və əşraf və ərbabi-mənasib və bir dəstə piyada və bir dəstə atlı kəmali-şükuh və aram ilə

gəlirdilər.

Elə ki, Yusif Sərracın dükanına bərabər oldular, hamısı dayandı. Mollabaşı və sərdar irəli durub, Yusif Sərraca kürnuş

etdilər. Yusif Sərrac ayağa durub təvazö elədi, amma qayət təəccübdə. Sonra Mollabaşı təkəllümə gəlib dedi:

– Qəzanm təqdirindən, usta Yusif, bu gün sən bizim padişahımızsan. İranın səltənət təxti bu halda Şah Abbasın vücudundan xalidir. Bizləri şərəfraz və xoşbəxt eləyin, 16

dərbari-şahiyə təşriffərma olun ki, cülusi-hümayun vaqe olsun.

Yusif Sərrac kəmali-təhəyyürə düşüb heç bilmədi ki, bu nə

vaqiədir. Onun qabağında tamam ərkani-dövlət durmuşdular.

Bu sözləri ona mollabaşi deyirdi ki, İranda bir mətin kimsənə

hesab olunurdu. Amma keyfyiyyət bir mərtəbədə qərib idi ki, Yusif Sərrac onu doğru olmağına, bavücudi ki, gözü ilə

görürdü, hərgiz etibar edə bilmirdi. Aqibət məqami-cəvaba gəlib dedi:

– Mənim məxdumum mollabaşi, mən cənabınızı İranda mətin adamlardan hesab edirəm, bilmirəm ki, aya dəli olubsunuz, ya bəng atıbsınız ki, bu qəbil sözləri mənim üzümə

deyirsiniz. Mən bir fəqir sərrac babayam. Mən hara, təxtü-tac hara?

Vallah, mən anlaya bilmirəm ki, sizin bu hərəkətinizi nəyə

həml edəm… Mat və heyran qalmışam. Təvəqqei-çakəranə

edirəm ki, mənə sataşmayasınız!

Sərdar Zaman xan sözə şüru elədi:

– Usta Yusif, sən bu saatda qibleyi-aləmsən və biz cümləmiz sənin qulun və səgi-asitanən varıq! Sənə çakəranə bizdən təvəqqə etmək münasib deyil, sən xüsrovanə fərmayiş etməyə

şayistəsən! Biz nə dəli olmuşuq və nə bəng atmışıq, cümləmiz əqli-səlim və şüuru-kamildə varıq, amma həzrəti-barinin təqdirinə təbdil yoxdur. Bu gün külli-İran mülkündə sənin səltənətin müsəlləmdir.

Mollabaşının qovluna görə, dərbari-şəhiyə təşriffərma olun ki, cülusu-humayun vaqe olsun.

Sonra üzün dörd nəfər hazırda olan pişxidmətlərə tutub dedi ki:

– Xələti-şahanəni gətirin, qibleyi-aləmi geyindirin!

Pişxidmətlər əllərində məcməi ilə ki, içində xələti-şahanə

qoyulmuşdu, dükana ayaq basdılar, məcməini yerə qoyub şüru etdilər Yusif Sərracın köhnə paltarını soyundurmağa və xələti-şahanəni ona geydirməyə.

Müxalifət bir yana çatmazdı. Yusif Sərrac məqami-təslimdə durdu ki, üqəla öz xahişlərini əmələ gətirsinlər. Elə

ki, libas geyinmək tamam oldu, miraxur mürəssə rəxtli atı 17

qabağa çəkdi. Yusif Sərracı mindirdilər ata, əsas qərari-sabiq üzrə dərbari-şahiyə rəvanə oldu. Fərraşların küçələrdə

“berəvid! berəvid!” səsi hər dəqiqədə ərşə dayandı. Tamam əhli-Qəzvin zükurən və ünasən, səğirən və kəbirən pəncərələrə

və damlar üstünə çıxıb nəzzarəyə məşğul oldular və

keyfiyyətdən müxbir olmadıqları üçün cümləsi heyrətdə qaldı.

Dərbari-şahinin qapısnda fərraşlar Yusif Sərracı atdan düşürdülər. Mollabaşı və sərdar Zaman xan qolundan yapışıb kəmali-təzim ilə imarətin otağına daxil etdilər və səltənət təxtinin üstündə oturtdular. Ərkani-dövlət, üləma və sadat, əyan və əşraf və ərbabi-mənasib otağın qabağında səf çəkib əl-əl üstə durdular. Mollabaşı dua oxuyub taci-səltənəti qoydu Yusif Sərracın başına, şəmşir və kəməri-mürəssəini bağladı belinə, cəvahir bazubəndləri asdı qollarından, mükəlləl top-puzu verdi əlinə, genə bir dua oxuyub, üzün xəlqə tutub dedi:

– Mübarəkbad edin!

Mübarəkbad sədası xalqdan asimanə bülənd oldu və

bargahın imarətlərindən əksi təkrar tapdı. Kərrənayi-şadiyanə

başlandı çalınmağa. Bu halda sərayi-şahidən göyə bir fişəng buraxdılar. Bu əlamətə görə, şəhərdən xaric qələ toplarından yüz on tir şənlik topu atdılar.

Əgərçi Sədi və Hafizdən sonra İranda şeir qayətdə

tənəzzülə düşüb şüəranın əşarı küllən biməzmun və məhz puç ləffazlıq olmuşdu, amma genə əlhəmdü-lillah o halda bir neçə

nəfər sahibi-cövhər şair peyda oldu ki, bədahətən cülusi-hümayun üçün qəsaidi-qərra inşa edib, Yusif şahm təxtə

çıxmağını tərif və özünü hikmətdə – Süleymana, səxavətdə –

Hatəmə, şücaətdə – Rüstəmə, qüdrətdə – qəza və qədərə

təşbeh eləyib nəzərdən keçirdilər və tarixi-cülusunu nüktəsən-cani-Qəzvin belə tapdılar:



“Şahi-xuban nəbud Yusifi-ma,

Leyk u şahi-mülki-İran şod”.3



3 Bizim Yusif gözəllərin şahı deyildi,

Amma İran mülkünün şahı oldu.

18

Elə ki, bu əmal tamam oldu, mollabaşi xalqa elan etdi ki:

– Mürəxxəssiniz!

Hamı dərbari-şahidən çıxdı, ancaq Yusif şah qaldı təxtin üstündə, qabağında xacə Mübarək, başqa bir neçə xacə ilə və

Əzim bəy pişxidmətbaşı və bir neçə pişxidmət və otaqdan dişrə fərraşlar.

Yusif şah təhəyyür aləmində fikrə piçidə oldu. Bir neçə

dəqiqədən sonra xacə Mübarəkə üzün tutub soruşdu:

– Siz kimsiniz?

Xacə Mübarək cavab verdi ki:

– Bəs sizin çakərani-müxlisiniz; xacəgani-hərəmik, mən buların böyüyü və bular da mənim zirdəstlərimdirlər.

Sonra pişxidmətlərə üzün çevirib soruşdu ki:

– Siz kimsiniz?

Əzim bəy pişxidmətbaşı cavab verdi ki:

– Biz sizin kəminə nökərləriniz, pişxidmətlərik, mən buların rəisiyəm, bular da mənə tabedirlər.

Yusif şah soruşdu ki:

– Bəs o dişqarıda görükənlər kimdir?

Əzim bəy cavab verdi ki:

– Olar da firqeyi-fərraşdır ki, həmişə xidmət üçün kəmərbəstədirlər.

Yusif şah buyurdu ki:

– Siz dəxi çölə çıxın. Xacə Mübarək, sənin zirdəstlərin də

çölə çıxsınlar, sən qal!

Elə ki, hamısı qayib oldu, Yusif şah xacə Mübarəki yanına çağırıb dedi ki:

– Sənin bəşərəndən mən görürəm ki, sən gərək yaxşı adam olasan. Sən allah, mənə söylə görüm ki, bu qəziyyəyə səbəb nədir? Çünki sən həmişə Şah Abbasın əndərununda olubsan, mümkün deyil ki, bu qəziyyə sənə məlum olmasın.

Xacə Mübarək vaqiən çox saf və sadiq adam idi. Fikir etdi ki, qibleyi-aləmin sualında həqiqəti gizlətmək cayiz deyil.

Çünki həmişə şah Abbas oturan otağın qapısının dalında 19

dururdu ki, çağırılan saat xidmət üçün hazır olsun, ona binaən, keçən gündə vaqe olan güzarişi və ərkani-məşvərətin göftgu-sunu tamam eşitmişdi, əhvalatdan xəbərdar idi. Qəziyyəni ibtidadan intihayədək Yusif şaha nəql etdi.

Yusif şah soruşdu ki:

– Bəs Şah Abbas haradadır?

Xacə Mübarək cavab verdi ki:

– Bir gəda libası ilə müləbbəs olub napədid oldu. Məlum deyil ki, hardadır.

Yusif şah aqil adam idi. Kəvakibdən onun hərgiz qorxusu yox idi. Ancaq bu növ qeyri-mütəarəf təriq ilə tərəqqi etmək onun ürəyinə bir vəhşət və qorxu salırdı. Nəhayət, bir belə

cəmaətin vücudu ilə səltənətdən özünü kənar tutmağa əsla çarə

görmədi. Naçar ümuri-səltənətin icrasına iqdam etdi. İbtida fərraşbaşı Əsəd bəyi ehzar elədi, buyurdu ki:

– Bu saatda on iki fərraş özünlə götürərsən, gedərsən mollabaşi Axund Səmədi və sərdar Zaman xanı və vəzir Mirzə

Möhsünü və müstövfi Mirzə Yəhyanı və münəccimbaşı Sədrəddini və mövlana Cəmaləddini tutarsan, apararsan salarsan Ərkdə olan zindana, qayıdarsan gələrsən, əncami-fərmayişi mənə ərz elərsən!

Əsəd bəy baş vurub rəvanə oldu. Sonra Yusif şah pişxidmətbaşı Əzim bəyi ehzar edib buyurdu ki:

– Tapşır, mənə şam hazır etsinlər ki, bu gün bir zad yeməmişəm.

Pişxidmətbaşı ərz elədi ki:

– Tapşırmışam, aşpazlar şam üçün hazır etməyə məşğul-durlar.

Şah buyurdu ki:

– Bəs sən və xacə Mübarək gəlin otaqları və hərəmxanəni mənə bir-bir göstərin və məlum edin ki, mənim istirahət otağım hansıdır.

Pişxidmətbaşı və xacə Mübarək düşdülər qabağa, bir-bir əndərun otaqlarını göstərməyə şüru etdilər.

Əvvəlinci otaqda əlvan fərşlər döşənib, qəribə gül və giyah ilə və quş şəkilləri ilə divarı və səqfi münəqqəş olmuşdu.

İkinci otaq da habelə fərşlə döşənmişdi və divarlarında 20

Səfəviyyə nəslindən vəfat edən padşahların və namdar şahzadələrin təsviri çəkilmişdi. Üçüncü otağın divarlarında İranın sair silsilədən olan padşahlarının timsalı nəqş olunmuşdu.

Dördüncü otağın divarlarında Şahnamədə yazılan İranın qədim pəhləvanlarının və Mazəndəran divlərinin surəti yazılmışdı ki, bir-birlərilə cəng edirdilər. Divlər buynuzlu və quyruqlu çəkilmişdi. Beşinci otağın divarlarında Şah İsmayıl Səfəvi ilə

sairlərin mabeynində vaqe olan cənglərin surəti rəqəm olunmuşdu.

Hərəmxanə otaqlarınm cümləsinin divarlarında qız, oğlan şəkli yazılmışdı ki, oğlanlar qızlara gül dəstəsi təarüf edirdilər və qızlar oğlanlara piyalə verirdilər və hər otaqda rəxti-xab hazır idi.

Yusif şah hərəmxanə otaqlarının birisini özünün istirahəti üçün müqərrər edib xacə Mübarəkdən soruşdu ki:

– Hərəmlərin ziynət otağı hansıdır?

Xacə Mübarək ərz elədi ki:

– O başdakı otaqdır. Amma ağzı qıfıllıdır. Açarı sandıqdar Ağa Həsəndədir.

Şahın buyruğu ilə pişxidmətbaşı haman saat sandıqdarı hazır etdi. Ziynət otağının qapısnı açdılar, şaha göstərdilər: bu bir böyük otaq idi: içində hər tərəfdən sandıqlar düzülmüş.

Sandıqların qapağını götürdülər, qəribə-qəribə ziynət və

zivərləri şaha göstərdilər; o cümlədən giranbaha kişmir şalları, lətif ünas libasları, pakizə ipək parçalar, cəvahiratdan qayrılmış

güllər və guşvarələr və üzüklər və mümtaz mivariddən boyun-bağılar idi.

Yusif şahın üç qızı var idi: böyüyü on dörd yaşında, ortancısı on iki yaşında, kiçiyi səkkiz yaşında və iki oğlu var idi: altı yaşında və dörd yaşında Qızlarının hər birinə bir gül və

bir güt guşvarə və bir üzük və bir boyunbağı və bir dəst libas və bir rizayi şal və övrətinə bir dəst libas və bir rizayi şal ayırdı, xacə Mübarəkə təslim etdi, buyurdu ki:

– Bunları apararsan Qəzvinin ikinci küçəsində mənim qədimi evimdə övrətimə yetirərsən. Deyərsən ki, mənim cəhə-timdən əndişə etməsin, sabah oğlanlarımı hüzura göndərsin.

Xacə Mübarək şeyləri iki nəfər fərraşa götürdüb getdi.



21

Bu vaxt gün qürub etdi. Pişxidmətbaşının təklifi ilə şah qayıtdı əvvəlinci otağa. Qızıl şamdanlar yanmışdı. Süfrə

döşənmişdi. Şah əvvəl vüzu edib şam və xüftən namazını əda etdi, sonra süfrə üstündə oturdu. Pişxidmətlər rəngarəng təam-lar hazır etdilər. Şah yedi, doydu, süfrə yığıldı. Aftaba-ləgən gəldi, şah əlini yudu. Qəhvə gətirdilər, içdi. Qəlyan verdilər, çəkdi.

Bu halda fərraşbaşı Əsəd bəy daxil olub fərmayişi bitirdiyini ərz etdi. Şah buyurdu ki:

– Çox yaxşı, mürəxxəssən!

Sonra xacə Mübarək qayıdıb şeyləri yetirməyini ərz elədi və dedi ki:

– Şahm övrəti və qızları göndərilən töhfələrdən qayətdə

vəcd atdilər. Nəinki onun cəhətindən əndişə etmirlər, bəlkə bu qəziyeyi-qeyri-mütərəqqibədən çox sevinirlər və şadlıqdan tullanıb-düşürlər.

Şah övrət-uşağı tərəfindən xatircəm oldu.

Xacə Mübarəkdən və pişxidmətbaşıdan bir para əhvalat soruşdu. Gecədən dörd saat keçdi. Ayağa durub xabgahına gəldi; rəxti-xabını saldılar.

Pişxidmətbaşıya buyurdu ki:

– Qaravul müvəkkillərinə tapşır: qərari-sabiq üzrə hər yerdə

qaravul qoysunlar.

Sonra rəxti-xabına girib yatdı. Pişxidmətbaşı və xacə

Mübarək çıxdılar. Hər birisi öz məqamına getdi.

Sabahı gün Yusif şah salam otağına təşrif gətirib Molla Rəməzanı və Qurban bəyi və Mirzə Cəlili və Mirzə Zəkini ki, onun dostlarından idilər və şahın olara hər xüsusda vüsuqu var idi, ehzar elədi, mənsəbi-mollabaşılığı verdi Molla Rəməzana, sərdarlığı həvalə elədi Qurban bəyə, xanlıq ləqəbilə vəzarəti tapşırdı Mirzə Cəlilə, müstövfiliyi Mirzə Zəkiyə, münəccim-başılıq mənsəbini bilmərrə mətruk etdi ki, dövlətə və millətə

zərərdən başqa bir faydası yox idi. Buyurdu tamam vilayət hakimlərinə elamnamə və hökmi-müəkkəd göndərilsin ki, bu gündən sonra hərgiz cürət etməsinlər ki, biduni-təcvizi-şəri-şərif bir müsəlmanı mövridi-müaxizəyə gətirsinlər və bacar-masinlar ki, məhz həvayi-nəfsləri ilə bir kəsi cərimə edələr və

22

ya qətlə gətirələr və ya burun-qulağın kəsələr, gözün çıxardalar və hökmdən əlavə hər vilayətə mötəmid baxıcılar təyin oldu ki, gedib vilayətlərin əhvalından və xalqın həvaicindən xəbərdar olub, gəlib ərz etsinlər.

Yusif şah bu baxıcıları hüzura istəiyb dedi ki:

– Hakimi vilayətlərə mənim tərəfımdən elam edərsiniz ki, Allahdan qorxsunlar nahaq iş tutmasınlar, xalqı talayıb dağıtmasınlar, rüşvət almasınlar; yəqin bilsinlər ki, bu növ hərəkət axırda oların özlərinin bədbəxtliyinə və həlakətinə bais olur.

Olar mükərrər müşahidə ediblər ki, bu növ rəftar ilə dövlət cəm edən kəslər axırda baş veriblər və ya kəmali-bədbəxtliyə

və zillətə və məskənətə düşüblər. İranda bu növ ilə cəm olunan dövlətin hərgiz heç bir xanədanda davamı olmayıbdır. Hanı damqanlı Cəfər xanın kürurları? Hanı Səlim xan Qaragözlünün dövləti? Hanı şirazlı Mirzə Nağının əmlakı? Padişahani-İran həmişə vəqta ki, bir sahibi-mənsəbi mülahizə edirlər ki, pul cəm edib sərvətə çatıbdır, haman saat bir bəhanə ilə onu məqami-müaxizəyə gətirirlər, hər nə vardır əlindən alırlar, özün həlak edirlər və ya zillətə və məskənətə salırlar.

Bu əmrdə hakimi-vilayətlər şəbihdirlər zəlilərə ki, qan sorub şiş- dikdə, sahibi oları sıxar, tamam sorduqları qani qusarlar. Kimisi bu cəhətdən ölür və kimisi zəif və lağər olur.

Fəəmma əgər hakimlər niknəfəs olub və öz həlal rizqlərinə

qane olalar, həmişə öz dərəcələrində baqi və xalq nəzərində

müəzzəz və səlatin niyyətində mükərrəm olacaqlar və günbəgün rütbələri izdiyad behəm edəcək.

Bu sözləri təlqin edəndən sonra şah baxıcıları buraxdı.

Sonra buyurdu xirac məbləği mötədil miqdaradək təxfif tapsın və əmr etdi ki, hər yerdə yollar təmir olunsun və lazım məqamlarda və mənzillərdə körpülər və karvansaralar tikilsin və hər vilayətdə şəfaxanələr qayrılsın və mədrəsələr açılsın və

susuz yerlərə su çıxarılsın, dullara və yetimlərə və şillərə və

korlara ianət və himayət göstərilsin və vilayətlərdə hər bisərüpa özbaşına özünü üləma silkinə daxil etməsin, bu xüsusda mollabaşıdan icazət istəsinlər və sinfi-üləma hər yerdə



23

xalqın ehtiyacına kifayət edən miqdardan ziyadə olmasın və

külli-üləmaya güzəran kifafınca xəzineyi-amirədən vəzifə

qərərdad etdi ki, səltənətə möhtac olub ərbabi-mənasibi xidməti-şahidə əhli-zələmə xitab etməsinlər və əmri-mürafiəni ki, səltənətin ümdə ləvazimatındadır, üləmanın əlindən alıb ərbabi-mənasibin süləhasına vagüzar elədi ki, millət mürafiə

cəhətindən özlərini üləmaya möhtac görüb ancaq oları mərcə

bilməsinlər və səltənətdən uzaq düşməsinlər və buyurdu ki: vücuhi-bərr hər yerdə süləhadan dörd nəfərə müntəqil olub vilayatın füqərasına dəftər üzü ilə sərf olunsun və hesabı divana göstərilsin; ta ki, füqəranın bəzi vücuhi-bərrdən bəhrəyab olub, bəzisi məhrum qalmasm və əmr etdi ki, xüms və

imam malı verilməsin ta övladi-rəsul-əleyhüssəlam zilləti-sualdan azad olub sair xalq kimi öz kəsbləri ilə vəchi-məişət təhsil etsinlər.

Bu xüsusda mötəbər üləma Yusif şaha kütubi-fiqhdən fitvalar çıxardıb göstərdilər. Və vilayətlərə elamnamələr göndərdi ki, bundan sonra bir kimsənə cürət etməsin ki, şaha və

ümənayi-dövlətə və çakərani-dərgaha peşkəş versin və payəndaz salsın və heç kəs peşkəş vasitəsilə hökumət tapmağı təmənna etməsin, ancaq öz ixlasını və hüsni-xidmətini bu mətləbin təhsilinə vəsilə bilsin və maliyyati-divan hər vilayətdə

əmin şəxslərə təslim olunub xəzinə ismilə hər yerdə dursun və

məsarifi-səltənət dəftəri üzilə təyin tapıb lazım olan övqatda hər yerin xəzinəsinə həvalə olunsun və rəaya bilkülliyyə

həvaləcati-məsarifədən asudəhal qalsınlar. Və dəxi mədaxili-səltənətin izdiyadi üçün qərar qoydu ki, tacirlər və bəyzadələr və xanzadələr və şahzadələr, hətta üləma və sadat və sair sinfi xalq mədaxili-əmlakdan şəhərlərdə ondan bir, dehatda iyirmidən bir xəzinəyə versinlər və qoşun xalqının və əhli-xidmətin məvacibi əsla lavüsul qalmasın ki, səltənətin nəqsidir; bəlkə həmişə vilayət xəzinələrindən bilatəxir mücra olunsun.

Və bey və şəra olunan əmlakın qiymətindən dəxi xəzinənin nəfi üçün tümənə beş şahı vəz olunsun və qaideyi-beyü-şəra tərk olunsun ki, tənxah sahibləri bu qaydanın vücudu ilə rəhn alıb borc verməyə mail olmadıqları üçün ərbabi-həvaici müztər edirlər ki, mülk və mallarını ədna qiymətə beyi-şəra etsinlər, 24

bu ümid ilə ki, vədə başında ərbabi-həvaic mülk və mallarının istirdadından aciz olacaqlar.

Çün Yusif şah bilirdi ki, miraxur yay fəsli padşahlıq atları yaylağa aparıb bəsləmək bəhanəsi ilə ətraf xalqına çox əziyyət və cəfalar yetirirdi və oları çapırdı, talayırdı və əmiri-topxanə

topçuların cümləsinə xəzinədən məvacib götürüb heç birisinə

bir həbbə vermirdi və xəzinədar padşahlıq pulun içinə çox qəlp pul qatıb xalqa dağıdırdı və Qəzvin bəylərbəyisi xalqdan hədsiz rüşvət alırdı və daruğə dövlətlilərə füqəranın müqabilində üz görürdü, kətxudalar Qəzvinin küçələrini natəmiz saxlayırdılar, cümləsini məzul edib, yerlərinə özünə məruf olan şayistə adamlar təyin buyurdu.

Mollabaşı Axund Səməd Ərkin zindanında zindanbandan eşitdi ki, onun mənsəbini həmçeşmi Molla Rəməzana veriblər, qüssəsindən ficətən həlak oldu.

Yusif şah dəxi əmr etdi ki, Qəzvinin küçələri genəlsin və

içində hər yerdə zahir olan quyular örtülsün ki, gəlib-gedənlər olara düşməkdən məhfuz olsunlar və xalqın ərzinə qulaq asmağa və dadına yetişməyə qayda və qərar qoydu və buyurdu ki, Qəzvinin füqərasına bahalıq cəhətilə padşahlıq ambarından buğda verilsin və sahibi-vüquf adamlardan və mahir kənkan-lardan bir məclisi-məşvərət bərpa olub Qəzvinə su çıxarmaq üçün göftgu olunsun və tədbir və dəsturüləməl təhrir olunub nəzərə yetişsin.

Bu vaxtda Qolland taifəsindən bir parası fars xəlicinin qürbündə bir məhəldə sükna etmişdilər. Bu günlərdə oradan bir elçi əmələsi ilə Qəzvinə varid oldu ki, İran dövləti ilə

mabeynlərdə ticarət üçün şürut bağlasınlar. Elçini əmələsi ilə

Yusif şahın hüzuruna yetirdilər.

Onun nəvazişatından və əql və fərasətindən və ğaideyi-cahandarlığından elçi və əmələsi vəcd etdilər. Bilkülliyyə

məramlarına nail olub tühəf və hədaya ilə mürəxxəs oldular və

kəmali-rizaməndlikdə muavidət elədilər.

Yusif şahın cülusundan bir həftə keçdi. Hər gün onun həsənatından və ədalətindən növ-növ əlamətlər xalqa zahir olurdu. İran üçün əyyami-firuzluq, əyyami-səadət və iqbal üz 25

verdi. Lakin çifayda, bəni-növi-bəşər heç vaxt yaxşı günə

dözməz. Bizim babamız Adəmə və anamız Həvvaya cənnətdə

nə əksik idi ki, genə allahin əmrini sındırdılar və cənnətdən qovuldular? İnsan belədir!

Əhli-Qəzvin hər gün qələ qapılarından adam şaqqalarını asılmış görmədilər və şah meydanında cəlladların adam şaqqalamaqlarını və dardan asmaqlarını və göz çıxarmaqlarını müşahidə etmədilər. Bu keyfiyyət olara xeyli qərib göründü.

Əvvəl dedilər ki:

“Görünür bu təzə padşah çox rəhmli və helmli adamdır!”

Sonra onun rəhminə və helminə bəhslər varid etdilər. Bunu süst-rəyliyə və zəifülmizaclığa həml qıldılar. Bundan əlavə

dəxi Yusif şahda hezar gunə özgə eyblər tapdılar. Müxtəsəri-kəlam bir belə ziyadə rəhmli padşahın təhti-əmrində

zindəganlıq etmək nəhayət dərəcədə məlal-əfza göründü.

Ümənayi-məzul xalqın bu növ niyyətini istinbat etdilər və

onu qənimət bilməyə fürsəti fövt etmədilər.

Hər birisinin başına şuriş və tuğyan xəyalı düşdü və tezliklə

Qəz- vində şurişi-əzim bərpa oldu. Şurişin əvvəlimci səbəbi məzul miraxur idi ki, küçədə köhnə xəzinədara rast gəlib, ona yoldaş olub soruşdu:

– Sən allah, Mirzə Həbib, de görüm xalq bizim təzə

padşahımızın haqqında nə danışır?

Mirzə Həbib cavab verdi ki:

– Xalqın təzə padşahdan zəhləsi gedir. Onu süstrəy və

bikarə bilirlər.

Miraxur:

– Vallah, Mirzə Həbib, xalq bizdən əqillidir. Doğru deyirlər. Sən allah, bu neçə əhməqlik idi ki, biz elədik? Bir sərraci-birütbəni gətirib özümüzə padşah qayırdıq, başımıza bəla açdıq. Qulluğumuzun və ixlasımızın əvəzində mənsə-bimizi də əlimizdən aldı. İndi vilayət içində bir itcə abrumuz yoxdur. Vallah, belə rüsvaylıq olmaz ki, biz tutduq…

Xəzinədar:

– Məgər biz onu padşah elədik! Şah Abbas belə buyurdu; çarəmiz nə idi?

Miraxur:

26

– Xub, Şah Abbas o vaxt padşah idi. Hökmü bizə rəvan idi.

İndi ki, Şah Abbas yoxdur aya bizə nə manedir ki, bu məlun və

bidini ki, deyirlər tənasüxi məzhəbdir, təxtdən aşağı salaq, tələf edək, sonra Səfəviyyə nəslindən bir şahzadəni təxtə otur-daq ki, bari nəcabətinə görə təxtü-taca səzavar olsun?!

Xəzinədar:

– Çox yaxşı danışırsan! Bu xüsusda bilkülliyyə mən səninlə müvafiqəm. Amma biz iki adamın əlindən nə gələr?

Gedək əmiri-topxanənin yanına, onun rəyini dəxi hasil edək.

Axı, o da bizim kimi məzullardandır.

Hər ikisi getdilər əmiri-topxanənin otağına. Əmiri-topxanə

oların gəlməyindən çox xoşhal oldu. Qayət şövq ilə sözlərinə

qulaq asdı. Bilkülliyyə olar ilə şuriş xüsusunda müttəfiq olub dedi ki:

– Bu iş süvarilərin sərkərdəsi Bağır xanın rizası olmamış

surət tapmaz.

Əmiri-topxanə:

– Bağır xan mənim ilə çox yeganə dostdur. Mən boynuma çəkirəm ki, onu bu əmrdə özümüzə yoldaş edəm. Ona deyəcəyəm ki, bu bidin Yusif şahın əyyami-səltənində laməhalə

bizim başımıza gələn qəziyyə onun da başına gələcək. Vaxt ikən əlacını eləmək gərək. Yəqinimdir ki, bu söz Bağır xana əsər edəcək, çünki dünən səlami-ammdə şah ona qəzəbnak olub sərzəniş edibdir ki, çaxır içib, məst olub, namaz qılmağa, məscidə daxil olubdur.

Əgər Bağır xan bu əmrə razı olsa, piyadələrin sərkərdəsi Fərəc xan dəxi razı olacaq. Çünki Fərəc xan Bağır xanın əmisi oğlu və damadıdır. Heç bir əmrdə onun rəyinə müxalifət etməz. Amma siz durun, gedin Qəzvinin köhnə bəylərbəyisinin yanına. Onu dəxi razı edin, boynuna qoyun ki, məzul daruğə

və kəndxudalarla bu xüsusda göftgu etməyi və onların rəyini ələ almağı təəhhüd etsin.

Müfəttinlər bir-birlərindən ayrıldılar. Hər birisi getdi iş

görməyə.

Mətləb çox tez hasil oldu.

Üç-dörd günün müddətində hamı müntəxəb olunan kəslər göründü və hamısı şurişə meyl və amadəlik göstərdilər. Müfət-27

tinlər qərar qoydular ki:

– Şənbə günü sübhdən padşahlıq sarayını əhatə etsinlər və

içəri daxil olub Yusif şahı təxtdən yerə salıb həlak eləsinlər.

Sonra özlərinə Səfəviyyə nəslindən bir təzə padşah tiksinlər.

Müqərrar olunan günün sübh çağında ki, hələ padşahlıq sarayının qapıları açılmamışdı, külli süvari və piyadə tamam müsəlləh onun ətrafını bürüdülər…

Yusif şah keyfıyyətdən xəbərdar olub buyurdu ki:

– Sarayın qapılarını açmasınlar. Bu günə namünasib hərəkatı Yusif şah mollabaşiyi-sabiq Axund Səmədin, sərdar Zaman xanın və vəzir Mirzə Möhsünün və müstövfi Mirzə

Yəhyanın və münəccimbaşının və mövlana Cəmaləddinin tərəfindən ki, əşxasi-sahib qüdrət və aşkara onun bədxahları idilər, mənzur edirdi. Ona binaən cülusunun ibtidasında ehtiyat yolundan lazım bilib oları həbsə saldırdı. Amma məhləkə özgə

tərəfdən açıldı.

Bu halda Yusif şahın dəxi həvaxahları xəbərdar olub müsəlləh və kəsrət və izdiham ilə sərayi-şahiyə anən-fəanən üz qoymağa başladılar. Müfəttinlər ilə müqabil durub nəsihət və

mövizəyə şüru etdilər ki, bu hərəkəti tərk etsinlər; fayda-pəzir olmadı; iş islah və müdaradan keçdi; başladılar bir-birləri ilə

atışmağa və cəng etməyə. Qiyamət bərpa oldu. Hər iki tərəfdən baş və candan keçməyə müzayiqə etmədilər. İş atış-maqdan ötüb şəmşir və xəncər ilə bir-birlərinə həmlə etməyə

çatdı. Qan su yerinə axdı.

Üç saat yarım kəmali-şiddətlə cəng tul tapdı. Hər iki tərəfdə altı min nəfərə qərib həlak və zəxmdar oldu. Aqibət asari-zəf və inkisar Yusif şahın həvahaxları tərəfındən müşahidə olundu; çünki həqnaşi-nas xalq peydərpey şəhərdən çıxıb, müfəttinlərin dəstəsinə qoşulub kəsrət və qüvvələrinə bais oldular. Ona binaən Yusif şahın həvaxahları şikəst tapıb hər kəs bir növ ilə başın mərəkədən qıraq çəkdi, canın qurtardı.

Müfəttinlər hücum edib sarayi-şahinin qapıların sındırdılar, içəri daxil olub Yusif şahı axtardılar, tapmadılar. Yusif şah itkin oldu. Kimi söylədi ki, cəng zamanında öz həvaxahlarının dəstəsinə qoşulub özünün hüzurilə oları cəngə dəlir edirdi, 28

əsnayi-cəngdə məqtul oldu; kimi dedi ki, gizlənib, aralıqdan çıxıb, gözdən itkin düşdü.

Xülasə, məqtulların arasında onun nəşi görünmədi.

Fəəmma bir başqa yerdə dəxi bu gündən sonra onu nişan verən olmadı. Müfəttinlər sərayi-şahini qarət etdilər. Oradan çıxıb cühud və erməni küçələrinə aşdılar: hamısının evini dağıdıb tarac etdilər, ənva-ənva biəndazəlik və şərarət əmələ gətirdilər.

Gün batdı. Hər kəs öz evinə və mənzilinə qayıtdı. Şuriş və

qovqa sakit oldu.

Sabahı gün rüəsayi-şuriş tezdən Ərkə rəvanə oldular.

Sərdar zaman xanı və vəzir Mirzə Möhsünü və müstövfi Mirzə

Yəhyanı və mövlana Cəmaləddini və münəccimbaşını həbsdən çıxardıb, güzarişi nəql edib soruşdular:

– İndi Səfəviyyə nəslindən hansı şahzadəni təxtü-taca səzavar görürlər?

Mövlana Cəmaləddin dedi ki:

– Siz allah, deyin görüm bu gün ayın neçəsidir?

Miraxur cavab verdi ki:

– Bu gün novruzdan on altı gün keçibdir.

Mövlana bəşaşət zahir edib dedi ki:

– Dəxi qəm çəkməyin, şuriş dünən vaqe olubdur. Məlumdur ki, afət keçibdir və Səfəviyyə şahzadələrinin heç birisi səltənətə şayistə deyil: tamam kəməndiş və kordurlar. Bir parasını Şah İsmayıl sani kor edibdir, bir parasın Şah Abbas özü: olar məsrəfdən çıxıbdır, bir zada yaramazlar. Bizim padşahımız gənə Şah Abbasdır!

Miraxur dedi ki:

– Biz onun padşahlığına çox şadıq. Onun dövründə bizim hamımıza çox xoş keçirdi. Çifayda, nə eliyək ki, o təxtü-tacdan əl çəkib gözdən itibdir. İndi bilmirik ki, haradadır.

Mövlana güldü, dedi ki:

– Onun taxtü-tacdan əl çəkməyinin səbəbi var idi. İndi o səbəb rəf olubdur. Biz bilirik ki, o, harada gizlənibdir. Gedək gətirək, imarətinə yetirək!

Hamsı ayağa durub gəldilər Şah Abbas gizlənən evə. Onu 29

oradan çıxardıb yetirdilər sərayi-şahiyə, təxtü-tacına əvvəlki kimi malik oldu. Hər iş qərari sabiq üzrə surət tapdı, guya ki, heç bir hadisə vaqe olmamışdı.

Bu kəvakibin həmaqətinə mən təəccüb edirəm ki, necə

bilmədilər iranilər oları aldadırlar? Yusif Sərrac hərgiz İranın şahı deyil idi. İranilər onu hiylə üzündən padşahi-məsnu eləmişdilər. Belə sadəlik olurmu ki, kəvakib özlərini iranilərə

aldadıb biçarə və bitəqsir Yusif Sərracı bədbəxt etdilər? Şah Abbası kənar qoyub qırx il sərasər onun səffaklığına və

cəbbarlığına bietina nazir oldular?

Şah Abbas cəbbarlığının ədna əlaməti bu idi ki, bir oğlunu öldürdü, ikincisinin dəxi gözünü çıxartdı. Dəxi oğlu yox idi nəvəsi ona varis oldu. Amma kəvakibi də qınamaq [yeri]

yoxdur. Şah Abbasın xudi-şəxsinə nisbətən kəvakibin bir ədavəti yox idi. Olara lazım idi ki, novruzdan on beş gün keçmiş İran səltənətinin təxtindən bir şəxsi aşağı salıb bədbəxt etsinlər. Bu vaxt da İran səltənətinin təxtində oturmuşdu Yusif Sərrac. Ona binaən kəvakib onu aşağı salıb bədbəxt etdilər.

Kəvakibin hərgiz xəyalından xütur etməzdi ki, iranilər oları aldadacaqlar, padşahi-həqiqinin əvəzinə padşahi-məsnuu oların sədəməsinin altına salacaqlar…

Vallah, qəribə əhməqdirlər bu ingilis tayfası ki, belə xətərli millət ilə az qalmışdı cəng başlayalar.

30

HİNDİSTAN ŞAHZADƏSİ KƏMALÜDDÖVLƏNİN ÖZ

DOSTU İRAN ŞAHZADƏSİ CƏLALÜDDÖVLƏYƏ

YAZDIĞI ÜÇ MƏKTUB VƏ CƏLALÜDDÖVLƏNİN ONA

GÖNDƏRDİYİ CAVAB MƏKTUBU



“KƏMALÜDDÖVLƏ MƏKTUBLARI”nın ÜZÜNÜ

KÖÇÜRƏN ŞƏXSİN İSLAM XALQLARININ

ŞƏRİƏT XADİMLƏRİNDƏN BİRİNƏ

GÖNDƏRDİYİ MƏKTUBUN SURƏTİ

(1280-ci ildə h.q.)



Bilik və mərifət saһiblərinə aydındır ki, һeç bir əsrdə və

һeç bir zaman dünya dinsiz adamlardan xali olmamış və

olmayacaqdır. Bu adamlara açıqlanıb qəzəblənmək һeç bir nəticə verməz. Çünki bu kimi yolunu azmış adamlar bir və ya iki nəfər deyil, һəm də ölkənin daxilində yaşamırlar və özləri də müəyyən bir əsrdə baş qaldırmırlar ki, onların öһdəsindən asanlıqla gəlmək mümkün olsun. Onlar saya-һesaba gəlməz dərəcədə çoxdurlar. Biz onların һansının öһdəsindən kələ

bilərik?

Bir һalda ki, fransız, rus və başqa Avropa millətlərin- dən olan müəlliflər babilərin baş qaldırmasının səbəbini də İran şaһlığının qüsurları, onun bünövrəsinin zəifliyi və islam dininin batil bir din olması ilə izaһ edərək çoxlu kitablar yazıb, dünyanın һər yerində yaymışlar. Onlar bu yolunu azmış

babiləri məһv etmək üçün iranlıların köstərdikləri һümməti də

cəһalət və nadanlıq əlaməti, yaxşını pisdən ayırmaq qabiliy-yətindən məһrum olmaq nişanəsi kimi pisləmiş, isteһza və

məsxərəyə layiq bilmişlər.

Avropa qitəsində insanların һər bir fərdinə öz fikirlərini, istər yanlış və zərərli olsun, istərsə də doğru və faydalı, azad şəkildə yaymaq icazəsi verplən gündən bəri dünyanın һər bir yerində dinsizlər baş qaldırıb öz fikirlərini qələmə almaq-31

dadırlar. Ancaq һeç kəs onlara mane olmur və onları incitmək fikrinə düşmür.

Bütün dünyaya məlumdur ki, fransız allaһsızlarından Volter, Reno və başqaları xristian dininin batilliyi һaqqında nə

kimi kitablar yazıb xristianlar arasında yaymışlar. Ancaq dövlət və millət başçıları onları bu işdən çəkindirmək üçün təzyiqə əl atmağı caiz bilməmişlər. Onlar yaxşı başa düşmüşlər ki, bu işin çarəsi və onların yanlış fpkirlərinin xalq arasında doğurduğu təsirin qarşısını almaqın yolu һədə-qorxuda deyil, ağıl və

məntiqəuyğun dəlillərə əsaslanan һikmətli cavablarla rədd etməkdədir. Necə ki, məqamı yüksək imam Əli ibn-Əbutalib əleyһissəlam bir dinsizlə bəһs edərkən əsla acıqlanmayıb, onun tutduğu iradları һikmətli cavablarla rədd etməklə onu susdur-muşdur.

Məһz bu cavablardan soira o dinsizin etirazları ki, on- ların bəzisi Kəmalüddövlənin etirazlarından daһa şiddət- lidir, xalqın gözündə öz tə’sirini tamamilə itirdi. Bu mübaһisənin keniş şərһi Şeyx Səid ibn-Mənsur Əһməd Təbresinin kitabında belə yazılmışdır: «Dinsizlərdən bir nəfər Əmirəlmöminin yanına gəlib dedi: Əgər Qurandakı ixtilaflar və ziddiyyətlər olmasaydı, mən sizin dini qəbul edərdim və i.a.».

Habelə Əli ibi-Musərriza əleyһissəlam da qüdrətli xəli-fələrdən olan Məmunun məclisində bir neçə nəfir zindiq və

dinsizin cavabını, əsəbiləşmədən, elm və һikmət əsasında verib, onları məğlub etmişdir. Şeyx Təbresinin əsərini görüb oxuyanlar bu dini mübaһisələrin təfsilatını bilirlər. һabelə

başqa imamlar və din başçıları da müxtəlif əsrlərdə zindiqlər və

dinsizlərlə mübaһisəyə girişmiş, onları məntiqəuyğun dəlillərlə

susdurub, etirazlarını xalqın gözündə e’tibardan salmışlar.

İndi ki, Övrəng Zibin4 naxələf oğlu öz fasid fikirlərini qələmə alıb, islamın dini əqidələrinə xələl yetirmək fikrinə

düşmüşdür, şübһəsiz ki, onu da indiyə qədər olmuş və bun- dan sonra da olaçaq zindiqlər və dinsizlərdən һesab etmək olar.



4 Övrəng Zib (1618-1707) – Hindistanda Böyük Moğol sülaləsi padşahı.

32

Heç şübһə etmək olmaz ki, onun puç fikirləri şəriət saһibinin batini qüdrəti sayəsnidə islam dininə һeç bir zərər vura bilməyəcək, onun özü də başqa zindiqlər və dinsizlər kimi unudulmuşlar dənizində itib batacaq, parlaq şəriətin nuru isə

dünyaya ziynət verən günəşin şüaları kimi, aləm durduqca parlayaçaq və bütün üfüqlərə nur saçacaqdır. Ancaq bu şərtlə

ki, onun zərərli fikirlərinin puç olması barədə kafi cavab yazılsın və beləliklə, һəmin fikirlər xalqın gözündə öz təsirini və qiymətini itirsin.

Lakin əgər onun qarşısında sükut edilsə və ya qəzəb və

şikayətə əl atılsa, belə bir vəziyyət һər һalda dii alimləri və

xalqın başbilənlərinin acizliyinə dəlil olacaqdır. Bu isə dinsizləri daһa artıq cür’ətləndirəcəkdir.

Tutaq ki, Əli və ya Vəli oların fikirlərinə cavab yazmaqdan acizdir; bəs məşһur alimlər içərisindən elə bir adam tapılmaya-caqdır ki, bu һədyanlara ağıl və һikmət əsasında bir çavab yazmaqla onları tə’sirdən salsın?..

Bir һalda ki, Avropanın һər yerində Volterin və Renonun əsərlərinə cavab yazıb onları tə’sirdən salaraq, müəlliflərini rüsvay etmişlər. Nətiçədə xristian dini bu dinsizlərin tənqid və

etirazlarından nəinki һeç bir ziyan görməmiş, əksinə, ketdikcə

tərəqqi edərək rövnəq tapmaqdadır. Məqamı yüksək olan imamlar da һəmişə zindiqlərin və dinsizlərin sözlərini һikmətamiz cavablarla rədd edib, onların iradlarını xalqın gözündə etibardan salmışlar. Bu kimi əsərlərin yayılmasının qarşısını almaq və onları avam kütlələrin əqidəsinə təsir etməsinə yol verməmək üçün yuxarıda qeyd olunmuş

tədbirlərdən başqa һeç bir çarə olmamış və olmayacaqdır.

«Kəmalüddövlə məktubları»nın nüsxəsi mənim əlimə

çatan kimi əvvəlcə elə əsəbiləşdim ki, istədim onu çırıb tikə-tikə edəm və ya oda atıb yandıram. Sonra düşündüm ki, mən onup bir nüsxəsini cırdım və ya yandırdım, görək bununla başqa nüsxələrinin yayılmasının qarşısını almaq olarmı? Məsələni dərindən düşündükdən sonra öz niyyətimdən əl çəkdim.



33

İndi cənabınızın xaһişinə görə һəmin nüsxəni sizin xid-mətinizə göndərirəm. Ançaq bu şərtlə ki, bu əsərdə olan mətləbləri rədd etmək üçün cavab yazmaq fikrində olasınız Nüsxənin başlanqıcında һəmin məktubu da bu məqsədlə

yazdım ki, islam dininin qeyrətini çəkmək namniə bu vəzifəni yerinə yetirməkdən qəflət etmiyəsiniz. Əgər sizin səyinizin nəticəsində bu һədyanlara layiqincə cavab yazılıb nəşr edilsə, artıq onların puç əqidələrinin dinə, məzһəbə, rüsuma və ölkəyə

һər һansı bir zərər yetirməsi eһtimalı tamamilə aradan qaldırıla bilər. Vəssəlam.



KƏMALҮDDÖVLƏ MƏKTUBLARI ( Qeyd)



Bu üç məktubun bütün məsələlərini filosoflar arasında doğruluqu qəbul edilən һüquq bərabərliyi məsələsinə tam asanlıqla tətbiq etmək olar. Laknn һələ doğruluğu filosoflar arasında münaqişəli olan maddi bərabərliyi məsələsinə onların tətbiqi һələlik mümkün deyildir.

Maddi bərabərlik məsələsini anlamaq və dərk etmək biz müasirlər üçün çox çətindpr. Hərçənd ki, Avropa alimlərindən bəziləri maddi bərabərliyini də, bir para dolillora əsasən, bir neçə əsrdən sonra mümkün һesab edirlər, lakin başqa filosoflar onların fikirlərini rədd edən dəlillər gətirirlər.

Zaһirdə ağlabatan budur ki, bu dünya başqa dəyişiklik tapmasa və insan övladı başqa bir təbiət və xilqət əldə etməsə, millətlərin bu vəziyyət və tərkibləri, insanların bu əxlaq və

təbiəti ilə maddi bərabərliyi mümkün deyildir.



«Zaһida, rində dolaşma, yolunu gəl duz keç,

Qoy xərab eyləməsin bir ieçə bədnam səni.5

KƏMALҮDDÖVLƏNİN BİRİNCİ MƏKTUBU6



5 Misra Hafiz Şirazinindir

6 Kəmaluddovlənin mətləblərinin rəddinə şaһzadə Cəlalüddövlə һərçənd ki, 34



Tәbriz, 1280-çi ilin rәmazan ayı 



Mənim əziz dostum Cəlalüddövlə! Axır ki, sənin sözünə

baxdım, İngiltərə, Avropa və Amerika səfərindən sonra İran torpaqına qədəm basdım. Amma peşiman olmuşam; kaş gəlmə-yəydim, kaş mənim һəmməzһəblərim olan bu vilayətin əһlini һeç körməyəydim, onların əһvalından xəbərdar olmayaydım.

Ciyərim kabab oldu.

Ey İran! һanı sənin o şövkətin və səadətin ki, Kəyumərs, Çəmşid, Güştasib və Ənuşirəvan və Xosrov Pərviz zamanla-rında var idi?..

Hərçənd ki, o növ şövkət və səadət Avropa və Amerika əһalisinin bu əsrdə olan şövkət və səadəti yanında günəşin müqabilində çiraq kimidir; lakin İranın indiki һalətinə nisbətən zülmət müqabilində nur һesab olunur.

Ey İran! O zaman ki, sənin padşaһların «Peymani-Fərһəng»ə əməl edirdilər, neçə min il dünyanın cənnətə oxşar ölkəsində əzəmət və səadət ilə һökm sürdülər. Xalq onların һökmranlığı vaxtında allaһın nemətlərindən faydalanıb, izzət və rifaһla ömür sürürdülər. Onlar yoxsulluğun nə olduğunu bilməzdilər, əl açıb dilənməzdilər, ölkənin daxilində azad, ölkədən xaricdə isə һörmət saһibi idilər. İran padşaһlarının şöһrət və şövkəti һər yeri tutmuşdu. Bu xüsusda islam ölkələrində yazılmış tarixlər deyil, yunan millətinin tarixləri doğru şəһadət verir. Ona körə ki, müsəlmanlar arasında İran şaһlarının asarı və onların kitabları və qanunları qalmamışdır.



gözəl və qaneediçi cavab yazıbdır, amma o cavab bu nüsxəni köçürənin nəzərində çox da kafi görünmədi. Ona görə də ulu tanrının tovfiqi və

peyğəmbər sələvatullaһi əleyһin və batini-şəriətinin yardımı ilə Kəmalüd-dovlənin məktublarının məzmunu və batil xəyallarının rəddində əqli və

nəqli dəlillərlə layiqli cavab yazaçağam, inşaallaһ təala… Mən ançaq cavab yazmaq üçun bu məktubların üzünü köçürdüm.



35

Ey İran! Sənin oğulların, nəvələrin, nəsiһət olsun deyə, sənin keçmiş əzəmətinin yazılı abidələrini belə müһafizə

etməmişlər; sənin keçmiş şöһrətini biz başqalarından, sənin əzəmətinin indiyə qədər yeganə şaһidi olan qədim yunan tarixlərindən öyrənirik; çünki Yunanıstan sənin möһtərəm, qoçaman tarixini qədim dünyanın başqa xalqlarına nisbətən daһa yaxşı öyrənmişdir.

Qədim fars padşaһlarının zamanında «Peymani-Fərһəng»in һökmlərinə əsasən һər bir şəһordə müһasiblər var idi ki, rəiyyətdən alınıb dövlət xəzinəsinə daxil olan kəliri һesablayıb dəftərlərdə qeyd etsinlər. Bu müһasiblərin də һər tərəfdə məmurları olurdu. Padşaһların һər şəһərdə vaqiə-yazanları, kargüzarları, gizli məmurları və darğaları var idi.

Bunların һər birinin işi və vəzifəsi müəyyənləşdirilmişdi.

Bunlar ölkənin va rəiyyətin əһvalından xəbərdar olub, müntəzəm şəkildə padşaһı xəbərdar edərdilər. Padşaһ da

«Peymaini-Fərһəng»ə müvafiq olaraq işlərə sərəncam verərdi. Bir yaranmış bir kəsə zülm və təcavüz etməyə qadir deyildi.

Qoşun saxlamaq üçün də ayrıça təlimat var idi. Hərgaһ

qoşun başçısı öz һökmündə olan əskərlərin məvaçibini ödə-məkdə qüsur köstərsəydi, sorğu-suala cəlb olunurdu. Rəiyyət gəlirindəi və əldə etdiyi məһsuldan iyirmidən birini dövlət xəzinəsinə verirdi. Lakin Sasanilərin dövründə rəiyyət on- dan birini verməyi öz razılığı ilə qəbul etdi.

Hər bir vilayətdə dövlətə verilən vergi dövlət xəzinəsinə

daxil olur, şaһlığın bütün xərcləri һəmin mənbədən ödəni- lər, rəiyyətin öһdəsinə və başqa mədaxil mənbələrinə һeç bir һəvalə divan tərəfindən sadir olmazdı. Heç bir yerdə һakim-lərdən bir kəs ölüm cəzası verməyə qadir deyildi. Bir adam ölüm cəzasına məһkum olsaydı da, kərək idi əvvəlcə padşaһa xəbər verilsin, sonra padşaһ, Fərһəng qanunlarına uyğun nə

һökm etsəydi, əməl olunardı. Adam öldürməkdən mümkün qədər çəkinərdilər. Gələn xəbərlərin doqruluğunu casuslar 36

diqqətlə yoxlayardılar. Qoşun əһli һeç vaxt çadır və qışla qayğısına qalmazdı. Çünki onlar һəmişə zəһmətə və çətin şəraitə adət etmişdilər, һeç kəsi öz işindən günaһı olmadan kötürmək olmazdı. Ömürlərini dövlətə xidmətə һəsr edənlərin özlərinə və övladlarına təqaüd təyin edərdilər.

Dövlət tərəfindən һər yerdə kişi və qadınlar üçün xəstəxanalar olurdu ki, qərib və adamı olmayan xəstələr orada müalicə olunur və onlara qayğı bəslənilirdi. Xəstə qadınlara qadın pərəstarlar xidmət edərdilər. Korlar, çolaqlar, aciz və

bikəs adamlar da şaһlıq xəstəxanasında və əlillər evində

müalicə və yeməklə təmin olunurdular. Yoxsul və gəda һeç yerdə olmazdı.

Padşaһın yanında һəmişə ağıllı, xeyirxaһ müsaһiblər.

məsləһətçilər var idi. Onlar padşaһı һəmişə yaxşı işlər görməyə

sövq edərdilər. Padşaһın һüzurunda nədinmlərdən əlavə, baş

möbid də olurdu ki, bütün elmlərdən, xüsusilə rəvayətlərdən, tarixdən və «Peymani-Fərһəng»in һökmlərindən xəbərdar olurdu və çətin işlərdə padşaһa məsləһət verir, ona yol göstərərdi.

Padşaһın һər gün qəbulu olardı. Ancaq һəftədə bir kün şikayətlərə baxılardı, yəni xalqın şikayətinə qulaq asılardı. O

kün һər bir şikayətçi padşaһı körüb dərdini söyləyə bilərdi.

Padşaһ rəiyyətlə bir süfrənin başında oturub xörək yeyərdi.

Dövlət tərəfindən һər bir mənzildə atlar saxlanılıb, ça-parlar təyin edilmişdi ki, vilayətlərdə baş verən һadisələri və

xəbərləri müvəkkillər tərəfindən elan olunan kimi padşaһa çatdırsınlar və padşaһın əmrlərini müvəkkillərə yetirsinlər.

«Peymaini-Fərһəng»də һər günaһın və xidmətin cəzası və

mukafatı müəyyən edilmişdi. Əgər bir nəfər günaһkar olsay- dı padşaһın yaxın adamlarından һeç birisi qadir deyildi ki, onun baqışlanması barədə xaһiş eləsin. Və əgər bir kəs millətin və

ölkənin xeyrinə bir xidmət göstərsəydi, müəyyən edilmiş

mükafatı almağa layiq görülürdü.

Muһaribədə düşməni məğlub etdikdə, əlsiz-ayaqsızlara, acizlərə, müsafirlərə, ümumiyyətlə dinc əһaliyə və rəiyyətə һeç 37

bir zərər yetirməzdilor. Məһz buna görə də allaһ-taala bu padşaһlara kömək edirdi ki, onlar ölkəni eһsan və ədalət bəzəyi ilə bəzəsinlər. Onların dövründə tacirlər, tələbələr və müsafirlər dünyanın һər yerinə raһat və asudə surətdə gedib-gəlir və

һəmişə һər yerdo izzət və eһtiram görürdülər.

Hər gün nədimlər «Peymani-Fərһəng»in qanunlarını oxu-yardılar. «Altun saray», yəni padşaһın һərəmxanası üçün də

xüsusi qanunlar mövçud ndi. Padşaһın bir banuyi-banuvanı (baş һərəmi) olardı. Onun bütün xidmətçiləri qadınlardan ibarət idi. Lakin onun dövlət işlərinə qarışmaq və һökm- ranlıq ixtiyarı olmazdı.

Ey Cəlalüddövlə! Farsların şaһlıq qayda-qanunları çox geniş idi. Hər bir iş üçun qəbul olunmuş qayda-qanun var idi.

Hələ elmlərin və sənayenin çox tərəqqi etmədiyi o dövrdə fars padşaһlarının bütün qayda-qanunlarını burada şərһ etmək mətləbin uzanmasına bais olar. «Peymani-Fərһəng»in eһkamı çoxdur; һamısını bu məktubda yazmaq çətindnr. «Peymani-Fərһəng»in əһkamının nətiçəsində idi ki, fars padşaһları bütün dunyada şöһrət qazanmışlar və fars milləti dünya xalqları içində ən һörmətli bir xalq olmuşdu. Bütün dünyaya məlumdur ki, qədim dövrdə fars padşaһlarının һökmranlıq etdikləri ərazinin vüsəti nə dərəcədə idi. Bir uçu Zabilistan, bir uçu Mədain, şimaldan Ceyhun çayı, Aral dəryası, Dərbənd Qapısı, cənubdan Fars körfəzi, Үmman dənizi, şərq tərəfdən Sind ilə

Hindistan arasından axan Sütlüc çayı, qərb tərəfdən İstanbul boğazı (Bosfor) və Ağ dəniz saһili, bundan əlavə, Bəlucistan, Əfqanıstan, Kabilistan-Ğur, Sistan, Laһur, Kəşmir, Şikarpur vilayətləri və bütün Sind, Bəlx, Xivə, Örkənc, Qıpçaq səһrası, Şirvan, Babil ölkəsi, Hiyrə və Diyari-Bəkir, Ərmənzəmin, Suriya vilayəti, yəni Şam və Hələb kimi ərazi İran padşaһlarının һökmü altında idi. Bu yerlərdə yaşayan tobəələr nə

qədər də əziz və xoşbəxt idilər!

Heyif sənə, ey İran! Hanı o dövlət, һanı o şövkət, һanı o səadət? Aç, çılpaq ərəblər səni min iki yüz һəştad ildir ki, 38

bədbəxt etmişlər. Sənin torpağın indi xarabdır, əһalin nadandır və sivilizasyoni7-caһandan bixəbərdir və azadlıqdan məһrumdur. Sənin padşaһın despotdur8 və despot zülmünün təsiri və ruһanilərin fanatizminin9 gücü sənin zəifliyinə və

kücsüzlüyünə bais olubdur, sənin qabiliyyətini kütləşdirib, cövһəri-əqlini paslatdırıbdır. Bunlar səni alçaqlığa, itaətkarlığa və rəzalətə, zillətə, nökərçiliyə, yaltaqlığa, riyakarlığa, ara vuruşdurmağa, məkrə, һiyləyə, qorxaqlığa, ikiüzlülüyə vadar edib, bütün yaxşı xislətlərini – sədaqət, ədalət, vəfalı olmaq, comərdlik, şücaət, ülviyyət, aliçənablıq kimi sifətləri səndən alıb, sənin təbiətini bu gözəl səciyyələrin ziddi ilə yoğurubdur.

Ola bilər yüz-yüz illər keçsin, amma sən özünə gəlməyəsən, rifaһ və səadətə çatmayasan, sivilizasyon tapmış millətlərə

bərabər ola bilməyəsən. Sənin saysız-һesabsız oqulların zülmün əlindən və yoxsulluğun dəһşətindən baş alıb Osmanlı, Rusiya, Əfqanıstan, Türküstan, Ərəbistan və Avropa ölkələrinə

getmişlər və oralarda əliboş, sərmayəsiz, ən aqır zillət içində

fəһləliklə, nökərçiliklə gün keçirirlər. Onlar һər yerdə əzil-məkdə və ən müdhiş məşəqqətlərə və əziyyətlərə qatlaşmaqla yaşayırlar. Onların һər yerdə başına döyülür, һər yerdə xar və



7 Sivilizasyon – cəhalət və barbarlıqdan qurtarıb, məişət işlərində mərifət kəsb edib, elm, sənaye və əxlaqda mümkün qədər kəmalə yetməkdən və

mədəniyyət yolunda irəliləməkdən ibarətdir.

8 Despot – elə bir padşaһa deyilir ki, öz işlərində və davranışında һeç bir qanuna tabe olmasın, xalqın malına və canına һəddi-һüdudu olmayan təsəllütü olsun. Belə padşaһların һakimiyyəti altında olan xalq kütlələri alçaq və rəzil qullara çevrilib, һər cür azadlıq və insanlıq һüququndan məһrum olurlar. Despotizm sozü ərəb dilində olan «istibdad» kəlməsi ilə

çox düzgün ifadə olunur. Ərəblərdə һətta belə bir məsəl də vardır: «һər kəs öz rəyində müstəbid olarsa, mütləq һəlak olar».

9 Fanatik – ibarətdir o adamdan ki, dinə, məzһəbə və millətinə o dərəcədə

təəssübkeş ola ki, öz məzһəbinə və əqidəsinə müxalif vö millətinə müğayir olan xalqa nisbət şiddətli ədavəti pə nifrəti olub, fürsət tapdıqda onun çanına və malına qəsd etməkdən çəkinməz, onun һaqqında tamamilə rəһmsiz olar.



39

zəlil gündədirlər.

Sənin xalqından iki yüz minə yaxın qadınlı-kişili, öz arvad-uşaqları ilə bərabər türkmənlərin əlində əsarət məşəqqətinə giriftar olub, һəmişə nalə və fəğan ilə öz ruzgarlarını başa vururlar. Bir adam yoxdur ki, onların dadına çatsın, onları əsarətdən xilas etmək xəyalına düşsün. Sənin padşaһın dünyanın proqresindən10 tamamilə qafil və bixbər öz paytəx-tində əyləşibdir. Belə bilir ki, padşaһlıq ibarətdir yaxşı paltar geyməkdən, yaxşı xörək yeməkdən, özbaşına olmaqdan, һər kəsin canına və malına һədsiz-һüdudsuz təsəllütü olmaqdan və

ona tabe olanların baş əyib təzim etməsindən, alçaq qul kimi onun itaətində durmasından və axmaq şairlərin onu uşaq-aldadan sözlərlə tərifləməsindən. Necə ki, bu beytdə onun şaһidi oluruq: «Sən öz təxtnidə könlünü raһat saxlayırsan, ancaq təbilinin nərəsindən Çində xaqan, şeypurunun səsindən Rumda qeysər vəlvələyə düşübdür».

Şaһ bu kimi axmaqaldadan yaltaqlıqdan şadlanır, yalançıya mükafat da verir və əsla bilmir ki, nə xaqan, nə də

başqaları һeç yerdə onu һesaba almırlar. Onun һeç eyninə deyil ki, əçnəbi ölkələrdə bədnamdır və һər bir biganə məmləkətin xalqı onun adını eşidəndə onu xar tutur, onun təbəəsinə və

məmurlarına һəqarət ilə baxır, onlarla məğrurluqla rəftar edir.

Qeyrətli və namuslu adam belə bir səltənətdən ar edər və belə

padşaһlıqdan bizar olar.

Ey yazıq İran! Rəһmətlik Firdovsi sənin bu gününü səkkiz yüz il bundan irəli ilһam vasitəsi ilə bilib, Hürmüzd şaһın oğlu Rüstəmin dilindən xəbər vermişdir:



Rüstəmin öz qardaşına yazdıqı məktubdan:



10 Proqres ibarətdir ondan ki, xalq һər xüsusda – elmdə və sənayedə və

görüşlərində daim tərəqqiyə can atsın, çəhalət və barbarlıqdan niçat tapmaq üçün çalışsın.



40

Elə ki, ərəblərin bəxti iranlılara üstün gəldi, Sasanilərip bəxti qaralmağa üz qoydu…

Dolanan çərxin siması dəyişdi,

Azadələrdən məһəbbətini tamamilə kəsdi…

Bundan sonra ərəblər qalib gələcək,

Ulduzların gərdişi yalnız ziyan gətirəcəkdir

Təxt ilə minbər bərabərləşdikdə,

Hər yerdə Əbubəkr və Ömər adı olacaqdır.

Bu uzun-uzadı zəһmətlər һədərə gedər,

Yüksəlişin qarşısında uzun bir eniş başlanar.

Nə təxt, nə tac, nə də şəһər görərsən,

Ulduzlar ərəblərin xeyrinə dolanar.

Əһdü peyman və doğruluqdan üz döndərərlər,

Əyrilik və nöqsan e’tibar qazanar.

Bu ondan, o bundan oğurlayar,

Qarğışla xeyir-duaya fərq qoymazlar.

Gizlindəki işlər aşkardakından da pis olar,

Adamların ürəyi daşa dönər.

Hünərsiz qul һökmdar olar,

İrq və böyüklük işə gəlməz.

Dünyada һeç kəsdə vəfa qalmaz,

Könüllər və ruһlardan cəfa saçar…

Bu ərəblər:

Mal-dövlət üçün qanlar axıdarlar,

Zəmanə dönüb xarablaşar.

Öz mənfəətləri üçün özgələrinin ziyanını istərlər, Bu işdə dini əldə bəһanə edərlər11.



11 Ey Cəlalüddövlə! Elm və mərifətdə öz əsrinin yeganəsi olan Məğrib Fazili, Əbdürrəһman ibn-Xəldun ərəblərin peyğəmbərlərinin xalqın malını qarət edib yemək məqsədi ilə dini vasitə etməsi һaqqında Firdovsinin sözünün doğruluğuna mötəbər şaһiddir. O, öz tarixinin birinçi һissəsində

ərəblərin təbiəti һaqqında deyir:

«Ərəblərə vəlilik, peyğəmbərlik və yaxud dini rəһbərlik edilmədikçə, onların һakimiyyətə çata bilməməsi barəsində fəsil»



41

Artıq-əskiyə fərq qoymazlar,

Xörəkləri qurdlu çörək,

Geyimləri qəzildən olar.

Bir neçə vaxt belə keçər,

Azadələrə etina edən olmaz.



Sonra mərһum Firdovsi Hürmüzd şaһın oğlu Rüstəmin dilindən Səd-Vəqqasa yazdıqı məktubda xəbər verir: Ağ ipək üzərində bir məktub

Qorxu və ümidlə yazdılar.

Onun ünvanı: Caһanpəһləvan

Hürmüzd şaһ oğlundan

Müһaribə axtaran Səd-Vəqqasə idi.

Məktub fikir, һövsələ və

Tədbirlə yazılmışdı:

«Mənə de görüm sənin padşaһın kimdir?

Kimsən, yolun və məzһəbin nədir?

Çılpaq ordu başçısı! Çılpaq ordu ilə



«Ərəblərin qələbə çaldıqları һər һansı bir məmləkətdə xərabəliyin artması һaqqında fəsil».

Birinci fəsildə: «Öz vəһşi xasiyyətlərinə görə ərəblər qarətçi olurlar və

bacardıqları һər bir şeyi qarət edirlər».

İkinci fəsildə: « Öz vəһşi xasiyyətlərinə görə ərəblər rəyasət uğrunda mübarizə aparmaqda göstərilən müqavimət, şiddət və kobudluq nətiçəsində

bir-birinə tabe olmaqda xalqlar içində ən inadcıl tayfadır. Onların fikri bir nöqtədə nadir һallarda birləşər. Elə ki, peyğəmbərlik, vəlilik və din meydana çıxdı, bunları gətirən də özlərindən oldu, təkəbbür və başçılıq üçün vuruşma adəti də aradan qalxdı, onların bir-birinə tabe olmaları və

birləşmələri asanlaşır və bunun sayəsində qələbə çalmaq və ölkəyə saһib olmaq mümkün olur».

Үçüncü fəsildə: «Bu onların ümumi һalıdır və təbiətlərində insanların əlində olanı qarət etmək xasiyyəti var. Onların ruzusu һəqiqətdə oxlarının kölgəsindədir. Onlar insanların malını talayıb-çalmaqda һəddi-һüdud bilməzlər, gözlərinə sataşan һər bir mal-dövləti qarət etməyə alışmışlar.

Onlar talançılığı qələbə və təsərrüflə başa çatdırdıqları zaman, insanlarıi öz mallarını qorumaq siyasəti batil olur və abadlıqlar xərabəliyə çevrilir»…

42

Sən kimdən çaһü çəlal umursan?

Bir çörəklə һəm toxsan, һəm də aç,

Nə filin, nə təxtin, nə də mal-dövlətin var.

Ərəblər dəvə südü və kərtənkələ12 yeməklə

İşi o yerə çatdırıblar ki,

Kəyan taçını ələ keçirmək arzusuna düşüblər,

Tfu belə zəmanənin gərdişinə, tfu!

Sizin gözünüzdə һəya yoxdur,

Sizdə ağıldan doğan abır-һəya görünmür.

Bu sifətlə, bu һəya, bu xasiyyət və yolla

Təxtü taç arzusundasınız?

Əgər һəddini aşmasan,

Özündən böyük danışmazsan.

Bizim yanımıza dünyagörmüş, ağıllı,

Qoçaq və dilli-başlı bir kişi göndər.

Bizə söyləsin görək sənin məqsədin nədir,

Səni Kəyan təxtinə sövq edən kimdir?



Ey Cəlallüddövlə! Səd-Vəqqas, Müğəyrəni elçi göndərib Rüstəmin naməsinin çavabında gör no sözlər yazdı və gör nə

kimi puç əqidələrin və xəyalların xatiri üçün İran xalqının səadətini bu yolkəsənlər bərbad etdilər:

Səd eşitçək, o böyük kişini,



12 Ey Cəlalüddövlə! Cənab Əbdürrəһman ibn-Xəldun öz tarixinin birinci һissəsində xilafətin dövlətə çevrilməsi fəslində yazır:

“Ərəblor köһnədən elə bir һalda idilər ki, çox vaxt əqrəb və dozan-qurdu yeyirdilər və əlһəz yeməklə fəxr edərdilər. Əlһəz dəvənin tükü ilə

dırnağının qan içində qızardılıb bişirilməsidir. Qureyşin də yeməkləri və

mənzilləri buna oxşar idi. Ərəblərin təəssübü Məһəmmədin, ona salam və

səlavat olsun, peyğəmbərliyi ilə din üzərinə toplandığı zaman fars və Rum qövmləri tərəfinə axın edib məmləkətlərini dağıtdılar, dünyalarını, özlərini mübaһ etdilər, yanlarında bolluq dənizi dalğalandı, һətta bəzi vuruşmalarda bir atlıya otuz min qızıl və ya bu kimi pay çatırdı. Bunun nətiçəsində һesaba gəlməyən sərvətə malik oldular”.



43

Saysız bir ordu ilə qarşıladı.

Firuz13 məktubu verib,

Rüstəmin sözlərini ona söylədi.

O, oxuduqca Səd qulaq asdı.

Pəһləvi dilində yazılmış məktub onu һeyran etdi.

Ərəbcə bir cavab yazıb,

Onda yaxşı-yamanı bir-birinə qatdı.

Məktubun başında allaһın və onun

Haqqa yol göstərən peyğəmbəri

Məһəmmədin adını yazdı.

Cindən, insandan və peyğəmbəri-һaşiminin

Sözlərindən danışdı.

Allaһın birliyindən, Qurandan, vəd olunanlardan,

Hədə-qorxu və təzə qaydalardan söz açdı.

Cəһənnəm odundan və qətrandan,

Beһiştdən, onun süd və mey arxından,

Kafur, müşk, içməli su, beһişt aqacı

Və bal şərbətindən söһbət saldı.

Dedi ki, əgər bu doğru dini qəbul etsə,

Hər iki dünyada şadlıq və şaһlıq onundur.

Həm taç, һəm də sırğa tapar,

Hər vaxtı ətirlə, xoşluq və gözəl yarla keçər.

Onun günaһlarının bağışlanması üçün

Məһəmməd Vasitəçilik edər,

Bədəni gülab kimi ətirli olar.

Bir işin ki, mükafatına beһişti ələ gətirirsən,

Daһa bəla bağında tikan əkməyə dəyməz.

Yəzdgürdün vücudu, bu geniş dünya,

Bağ, meydan, eyvan, qəsr,

Tacü təxt, şadlıq və işrət

Hurinin bir tükünü görməyə dəyməz.

Beş-üç günlük dünyada sənin iki gözün



13 Firuz – Rüstəmin elçisi idi.



44

Tac və xəzinə üçün elə qamaşıbdır ki, Fil sümüyündən qayrılmış bu təxtə,

Taca və xəzinəyə çox arxayınsan.

Dünya bir içim sərin suya dəyməz,

Ona ürək vermək faydasızdır.

Hər kəs mənə qarşı müһaribəyə əl atsa,

Dar qəbir və cəһənnəmdən başqa bir şey görməz.

Əgər iman gətirsə, onun yeri beһiştdir,

İndi gör onun xətiri nəyi istəyir.

O, һəmişə qalar, bu isə müvəqqətidir,

Ağıllı adam bunu yaxşı bilər.



Səd-Vəqqasın təklifi ilə islam dinini qəbul etdik. Onun dediyinə və vədinə görə, gərək һər iki dünyada şadlıqla və

şaһlıqla olaydıq. Axirət aləmindən һələ ki, xəbərimiz yoxdur; bir sözdür, Səd-Vəqqas və sairələri deyirlər. Gələk bu dunya aləminə. Hicrətdən bu zamanadək İran xalqının başına elə

müsibətlər gəlibdir ki, dünyanın һeç bir yerində һeç bir xalq elə

müsibətlərə və bəlalara giriftar olmayıbdır. Ərəblərinmi qoşun çəkməsini və qan axıtmasını deyim, ya deyləmilərin, səffa-rilərin, samanilərin, qəznəvilərin, müluki-Təbəristanın, müluki-Mazəndəranın, müluki-övladi-ziyarın, müluki-təbəqəyi-İsma-iliyyənin, səlcuqların, atabəylərin, xarəzmşaһların, çingizilərin, alimüzəffərin, teymurilərin, səlatini-Ğurun, müluki-Rüstəm-darın, müluki-sərbədarların, müluki-Kərtin, şeybanilərin, çobanilərin, əfqanların, əf- şarların, zəndilərin, qacarların, һələ

bunlardan başqa aralıqda və yanda-bucaqda o qədər təvayifi-müluk və saһibi-xüruc baş qaldırıbdır ki, saya-һesaba gəlməz.




Конец ознакомительного фрагмента.


Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68386228) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.


