bannerbannerbanner
полная версияMənim həyat hekayələrim

Rza Əli oğlu Hüseynov Mirzadə
Mənim həyat hekayələrim

Полная версия

Bu məbləğ həmin ay bizim zərərimiz olaraq hesablandı.

Amma əvəzində sonrakı illər öz bəhrəsini verəcək həm şəxsi (şirkət rəhbəri kimi), həm də korporativ (Kervan Gıda) etibar qazandıq. Kervan Gıda bu müştəri ilə uzun müddət əməkdaşlıq etdi.

Qazandığım şəxsi etibarın nəticəsində isə, həmin hadisədən 5 il sonra təsadüfən Məmməd Quliyevlə Bakıda qarşılaşdıq və bu qarşılaşmadan sonra Azərbaycanda AZTIME Saat Mağazaları şəbəkəsinin təməlini qoyduq.

Hekayə 16

2001-2004-cü illərdə Türkiyədə polietilen istixana örtüyü sahəsində Türkiyənin lider və dünyanın da tanınmış şirkətlərindən biri olan Verim Plastik A.Ş.-də ixracat bölgə meneceri vəzifəsində işləyirdim. Keçmiş sovet ölkələrindən cavabdeh menecer olaraq, bu ölkələrdə yeni nəsil istixana örtüklərini tanıdır və satışını həyata kecirirdik.

2002-ci ilin yazında uzun bir araşdırmadan sonra şirkət rəhbərliyi Ozbəkistanın paytaxtı Daşkənd şəhərində ofis açmağa qərar verdi. Ofis qurma işini mənə həvalə etdilər. Beləliklə, bir neçə ay Daşkənddə yaşamalı və ofisin işini qurmalı oldum.

Daşkənddə qaldığım bu 4-5 ayda durmadan çalışdım. Havaların çox isti keçməsinə baxmayaraq səhər saat 8-dən Daşkənd ətrafındakı qəsəbələrə gedir, istixana sahibləri və işçilərinə məhsulumuz haqqında təlimlər verirdim. Məhsul bazar üçün yeni olduğundan bəzən eyni adamlara təlimi bir neçə dəfə təkrarlamalı olurdum. Onu da qeyd edim ki, Özbək xalqı çox zəhmətkeş və çox səbrli xalqdır. Bizim məhsula keçidləri də çox səbrlə oldu.

Nəhayət ki, oktyabr ayı gəldi və qısa vaxt ərzində Daşkənd ətrafındakı demək olar ki, bütün istixanalar Verim Plastik örtükləri ilə ortülməyə başladı.

Sonrakı ziyarətlərimdə də, getdiyim hər istixanada Verim Plastik örtüklərini gördukdə cox böyük qürur hissi keçirirdim.

Onu da qeyd edim ki, həmin il Azərbaycan bazarına da yeni nəsil istixana örtüklərini ilk dəfə mən gətirdim. Hələ də, istixana sahibləri ilə qarşılaşanda o illəri xatırlayır və onları necə çətinliklə bu yeni məhsula keçməyə çalışdığımızdan danışırıq.

Həyatda, çəkdiyim əməyin nəticəsini gördukdə keçirdiyim hisslər qədər gözəl hisslər tanımıram.

Hekayə 17

İstər insanlar, istərsə də təşkilatlar arasında əlaqələrin möhkəmlənməsində etibar çox vacib yer tutur. Etibarı qazanmaq üçünsə müəyyən bir vaxtın keçməsi şərtdir. İnsanlarda etibar o biri insani xüsusiyyətlər kimi bu 3 amilin təsiri ilə formalaşır:

İrsi xüsusiyyətlər

Ailə tərbiyyəsi

Ətraf mühit

Təşkilatlar arasındaki etibar isə, əsasən təşkilatı idarə edənlərə bağlı olaraq formalaşır. Əgər təşkilatı idarə edən şəxs etibarlıdırsa, tərəfdaşlarında özünə qarşı etibar hissi oyada bilibsə, o təşkilat tərəfdaşlar üçün etibarlı bir təşkilatdır.

Etibar haqqında bu qısa girişdən sonra, iş həyatımdakı təcrübəmdən qısa bir epizodu xatırladim.

Aztaym Saat Şirkətində işlədiyim vaxtlar idi. 2009-cu ildə Fransanın məşhur Pierre Lannier şirkəti ilə işləməyə başlamışdıq. Aramızdakı müqaviləyə əsasən Pierre Lannier malı bizə, pulun tamamı hesablarına köcürüldükdən sonra göndərirdi. Ancaq, iki şirkət arasında qısa vaxtda elə qarşılıqlı münasibət yaradıldı ki, artıq 2011-ci ildə fransız şirkəti, bizim pulu ödəyib ödəməməyimizdən asılı olmayaraq malı bizə göndərirdi. Hətda, bu iş prinsipinin sonradan təbii olaraq İsveçrənin Rodania və Davosa şirkətləri, Yaponiyanın Citizen şirkəti ilə də davam etməsinin şahidi olduq.

Təbii ki, mən xarakterimə uyğun olaraq heç bir zaman etibardan sui-istifadə etmirdim. Çalışırdım ki, şərtlərimizə vaxtlı vaxtında və əksiksiz əməl edim. Edirdim də.

Qarşı tərəfin Azərbaycandakı tərəfdaşına bu şəkildə müsbət münasibəti və ən önəmlisi həmin şirkətdəki fəaliyyətimin son gününə qədər bu münasibətin davam etməsi, təkcə mənim üçün, rəhbəri olduğum şirkət üçün yox, ölkəmiz üçün də önəmli bir dəyər olduğunu düşünürəm.

Həyatımda, istər kiçik bir uşaq olsun, istərsə yaşlı bir qoca, heç kimsəyə qarşı heç bir zaman etibarımı zədələyəcək hərəkət etmədim.

Uca Allah, bundan sonrakı ömrümdə də məni doğru bildiyim bu yoldan döndərməsin.

Рейтинг@Mail.ru